SİYASƏT
A- A A+

XİN qondarma rejimə həsr olunan suvenir avro əsginaslarla bağlı məlumat yayıb

2019-11-08 08:50:12

.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuatda Almaniyanın “EuroSchein-Souvenir GmbH” şirkətinə məxsus internet səhifəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimə həsr olunan suvenir avro əsginaslarının buraxılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, məsələ ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyi dərhal sözügedən şirkətin icraçı direktoru ilə əlaqə saxlayıb və ona etiraz məktubu ünvanlayıb.

“Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejim və bu ərazilərdəki qanunsuz fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Şirkətdən qanunsuz rejimin təşviqinə xidmət edən addımlardan çəkinmək tələb olunub. Müqabil tərəf müraciətimizə dərhal reaksiya verərək, yazılı cavab məktublarında buraxdıqları səhvə və səbəb olduqları narahatlığa görə üzr istəyib, müvafiq suvenir əsginasların dizaynının onlar tərəfindən deyil, lisenziya əsasında fəaliyyət göstərən digər şirkət tərəfindən tərtib olunduğunu bildiriblər. Buna baxmayaraq, müraciətimizdən sonra məsələnin aidiyyəti üzrə müzakirə edildiyi qeyd olunub və müvafiq suvenirlərin istehsal edilməməsi və bu barədə məlumatın (“link”in) internet səhifəsindən silinəcəyi vəd olunub. Qeyd etmək istərdik ki, sözügedən məlumat artıq alman şirkətinin internet səhifəsindən silinib”, - deyə məlumatda qeyd olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 160

QHT və MEDİA

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...