MƏDƏNİ
A- A A+

“Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” təqdim olunub

2015-10-29 09:05:37

Azərbaycan ədəbiyyatı özünün tanınmış simaları ilə türk və dünya mədəniyyətini zaman-zaman zənginləşdirib

Onların mədəni irsi bu gün də layiqincə təbliğ olunur. Belə simalardan biri də Xalq Şairi Bəxtiyar Vahabzadədir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında TÜRKSOY-un dəstəyi ilə çap olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub.İştirakçılar əvvəlcə foyedə şairin kitablarından ibarət sərgi ilə tanış olublar. Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirov Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə türk xalqlarının dilində çap olunmuş kitab haqqında məlumat verib. 
Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva şairin yaradıcılığının ölkəmizdə və türk dünyasında yüksək dəyərləndirildiyini söyləyib. Prezident İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən mədəniyyət ocaqlarında şairə həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. TÜRKSOY-un dəstəyi ilə Ankarada nəşr edilmiş kitabın dərs vəsaiti kimi əhəmiyyətindən söz açılıb.

TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Mlik Atabayev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AYB-nin katibi Rəşad Məcid və başqaları böyük şairin tək Azərbaycanda deyil, türk xalqları tərəfindən də yüksək qiymətləndirildiyini söyləyiblər


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1231

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...