MƏDƏNİ
A- A A+

“Xocavənd rayonunun memarlıq abidələri” sənədli filmi təqdim olunub

2019-11-07 09:00:14

Beynəlxalq Mətbuat Mərkəzində “Xocavənd rayonunun memarlıq abidələri” sənədli filminin təqdimatı keçirilib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın İşğal Olunmuş Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə çıxış edən filmin ssenari müəllifi, İctimai Birliyin sədri Faiq İsmayılov ekran əsəri haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd ermənilərin işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə qarşı apardığı vandalizmi dünya ictimaiyyətinə çatdırmaq, onları məlumatlandırmaqdır. Qeyd edib ki, layihədə 2000-ə yaxın könüllü çalışır.

Xocavəndin tarixi abidələrindən söhbət açan F.İsmayılov təkcə Tuğ kəndində 50-yə yaxın qədim tikililərin olduğunu söyləyib. Bildirib ki, ermənilər Azıx mağarasında arxeoloji qazıntılar aparıb və buradakı nümunələri Fransada “Avropanın ilk sakinləri” sərgisində nümayiş etdirərək özlərinin qədim xalq olduğunu sübut etməyə çalışıblar: “Biz belə filmlərlə onların işğalçı və yalançı bir millət olduğunu dünyaya tanıtmalıyıq”.

Tədbirdə çıxış edən digər natiqlər Xocavəndin dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu bildiriblər və belə filmlərin tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 216

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...