SİYASƏT
A- A A+

Azərbaycan Rusiyaya etiraz notası verib

2019-11-07 08:50:54

.

Noyabrın 6-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiya Federasiyasına səfəri ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması, orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal edilmiş ərazilərdə status-kvonu möhkəmləndirməyə çalışaraq, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakteri daşıdığını, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu, ölkəmizlə Rusiya arasındakı səmimiyyətə və yüksək etimada kölgə saldığı, habelə 1997-ci il 3 iyul tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı ilə bağlı mövqeyini Rusiya tərəfinə çatdırıb.

Bildirilib ki, Rusiya tərəfinin bu cür səfərlərə şəxsi səfər kimi baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal olunmuş ərazilərdəki qeyri-qanuni “hakimiyyət orqanları”nın “nümayəndələri” Rusiya ərazisindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.

Eyni zamanda, qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğalın nəticələrinin təbliğinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü ildə dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığı bildirilib. Xüsusi vurğulanıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.

Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görüləcəyini gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırıb.

Səfir M.Boçarnikov rəsmi Moskvanın münaqişə ilə bağlı mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər hansı tanınmamış qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə məruzə edəcəyini bildirib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 261

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...