SOSİAL
A- A A+

Şura yeni müsabiqə elan edir: SƏLİS Jurnalist!

2019-11-06 09:45:51

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edir.

Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:

1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları.

2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması.

3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.

Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq: 1-ci yer – 1200 (min iki yüz) manat

2-ci yer- 800 (səkkiz yüz) manat

3-cü yer – 500 (beş yüz) manat.

Müsabiqənin şərtləri:

• Yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır;

• Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır;

• Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;

• Yazılar Azərbaycan dilində yayımlanmalıdır;

• Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək. Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr - 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.

5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.

15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.

Əlavə məlumatlar:

Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq ebagirli@cssn.gov.az. e-poçtuna göndərilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər. Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).

Qeyd: Müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 20 noyabr 2019-cu ilə kimi layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar.(qhtxeber.az)


Kateqoriya : SOSİAL Baxış sayı : 367

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...