İQTİSADİ
A- A A+

Romada tədbirdə azərbaycanlı məcburi köçkünlərin vəziyyəti barədə məlumat verilib

2015-10-28 10:30:23

Romada beynəlxalq münasibətlərlə bağlı keçirilən ənənəvi Diplomatiya Festivalı çərçivəsində “Miqrantlar, qaçqınlar və məcburi köçkünlər: ümumi cəhət nədir?” mövzusunda müzakirələr aparılıb

İtaliyanın aparıcı “İl Messaggero” qəzetinin müxbiri, dünyanın münaqişə zonalarında qaçqın və məcburi köçkünlərin məsələləri üzrə silsilə məqalələr yazan Kristiano Tinazzinin moderatorluğu ilə Nikkolo Kuzano Universitetində keçirilən tədbirdə təhsil ocağının rektoru Fabio Fortuna müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, tədbir xüsusilə son aylarda Avropanın üzləşdiyi miqrant böhranının həllinə ortaq yanaşmanın təhlili baxımdan önəmlidir.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev çıxış edərək ölkəmizin neçə illərdir qaçqın və məcburi köçkün problemindən əziyyət çəkdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

V.Hacıyev diqqətə çatdırıb ki, məhz Xocalı soyqırımından sonra işğal olunan digər rayonlarımızın dinc əhalisi bu cür faciə ilə üzləşməkdən qorxaraq öz doğma torpaqlarını tərk ediblər. Hazırda münaqişənin dəhşətlərini ən çox hiss edən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaşayan soydaşlarımızdır. Burada yaşayan azərbaycanlıların həyatı böyük təhlükə altındadır. Çünki hər an ermənilərin atəşinə tuş gələ bilərlər. Doqquz yaşlı azərbaycanlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi, bu yaxınlarda toy mərasiminin gülləbaran edilməsi buna əyani sübutdur.

Diplomat əlavə edib ki, Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı məsələyə həssas yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli işlər görülür, bir sıra mühüm layihələr həyata keçirilir.

Sonda V.Hacıyev bildirib ki, Balkan, Yaxın Şərq, Afrika, Qafqazda baş verən münaqişələr nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin problemlərinin bir ortaq cəhəti vardır ki, dünya ölkələri və beynəlxalq təşkilatlar münaqişələrə gec və səmərəsiz reaksiya verir. BMT Təhlükəsizlik Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlər qəbul edib. Lakin bu sənədlərin icrasını təmin etmək üçün Ermənistana hər hansı təzyiq göstərilmir.

Tədbirdə İtaliya parlamentinin Deputatlar Palatasının, eyni zamanda bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Xalid Çauki, İtaliyanın geosiyasət üzrə “LIMES” jurnalının əməkdaşı Angelantonio Rozato, Strateji Araşdırmalar üzrə Hərbi Mərkəzin tədqiqatçısı Paolo Querçia və başqaları çıxış edərək, qaçqın və məcburi köçkün probleminin günümüzün aktual mövzusu olduğunu və məsələnin həllinə vahid yanaşmanın vacibliyini vurğulayıblar. Geniş müzakirələrlə davam edən tədbirə Nikkolo Kuzano Universitetinin professor, müəllim və tələbə heyəti, ekspertlər, diplomatlar və jurnalistlər qatılıblar.

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 887

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...