2019-11-06 08:35:21 | SİYASƏT
Elmar Məmmədyarov: "Bir ölkə digər dövlətin ərazisinin 20 faizini işğal edib, özünü demokratik adlandıra bilməz"

.

"Avropa İttifaqının (Aİ) "bir ölçü hamıya uyğundur" yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır. Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı. Bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox. İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Aİ-dən çoxsaylı fərqləndirmə yollarını gözləyir. ŞT-in gələcək prosesini biz belə görürük.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.

"Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan ŞT tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt ŞT-da "qabaqlayıcı" statusununa iddia etməyib.

Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaqdır. Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz.

ŞT-nin strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır. Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaqdır. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır", E.Məmmədyarov bildirib.

Baxış sayı : 522
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13