MÜSAHİBƏ
A- A A+

Xalq rəssamı Sakit Məmmədov: “Qloballaşma adı altında bir çox hallarda dəyərlər, milli mədəniyyət unudulur”

2019-11-05 10:05:54

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri mütəmadi olaraq dünyanın məşhur sərgi salonlarında nümayiş olunur

Sənətkar o zaman xoşbəxtdir ki, onun yaradıcılığı elə sağlığındaca layiqli qiymətini alır. Bu baxımından Sakit Məmmədovun sənətinə həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda böyük diqqət və maraq var. O, dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə “Min ilin adamı” medalına layiq görülmüşdü.

Həmçinin o, dünya mədəniyyətinə və incəsənətinə müstəsna töhfəsinə görə, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü də seçilib. Təbii ki, ona verilən mükafatlar bunlarla bitmir. Ancaq ən böyük mükafat xalqın onun sənətinə olan sevgisidir. Sakit Məmmədov özünün bu gün artıq bir məktəb olan üslubunu yaratdı. Onun sənət yolu ibrətamiz, nümunəvi bir yoldur. Axtarışlardan usanmayan bu görkəmli rəssam dünya rəssamlığında yeni bir cərəyanın – "Opalizm” cərəyanının banisidir.

Sakit Məmmədovun yaradıcılığı çoxşaxəlidir. O misilsiz portretlər ("Roma papasının portreti”, "Atamın portreti”, "Aida”, "Leyla”, "Bağban”, "Alisa”, "Alman rəssamının portreti”, "Şah İsmayıl Xətai”), tarixi süjetli əsərlər ("Dədə Qorqud”, "Qızılbaşlar”), natürmortlar ("Qırmızı natürmort”, "Səhər natürmortu”, "Şərq natürmortu”, "Şərabla natürmort”), mənzərələr ("Bahar”, "Yağışdan sonra”, "Kəndimiz”, "Səhər”, "Neftçala baharı”, "Sahil”, "Quba mənzərələri”), fəlsəfi mündəricəli tablolar ("Sabah haqqında söhbət”, "Qorxu”, "Gözlər yollarda”, "Ağılsız kral”) və sair yaradıb. Bu əsərlərdə kompozisiyaların kamilliyinə, süjet zənginliyinə, işıq-kölgə kontrastlarına, detalların dəqiqliyinə, rənglərin harmoniyasına, fəlsəfi ümumiləşdirmələrə baxıb bu görkəmli rəssamın istedadından heyrətlənməyə bilmirsən.

Onu da qeyd edək ki, ötən dövr ərzində İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophane-i-Amire Mədəniyyət və Sənət Mərkəzində Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədovun "Opalizm" mövzusunda rəsm sərgisi açılmışdı. Britaniya Kraliçası ll Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustasının sərgisi "SOCAR Türkiye Enerji" şirkətinin maddi dəstəyi və Murad Pilevnelinin koordinatorluğu ilə baş tutub. Sərgidə “Opalizm” üslubunun banisi olan məşhur rəssamın 160-dan çox əsəri nümayiş olunub. Rəssamın həm pastel, həm də yağlı boya ilə çəkilən "On dörd gözəl", "Yozulmamış yuxular", "Qırx üç otağın açarı" kimi məşhur əsərləri sərgiyə çıxarılıb.

Sakit Məmmədov fikirlərini Fact-info.az-a açıqlayaraq bildirib:

-Sərginin Tükiyənin məşhur incəsənət xadimi olan Memar Sinanın ərsəyə gətirdiyi sənət mərkəzində keçirilməsi mənim üçün böyük qürurdur. Mənim üçün çox dəyərli şəxsiyyət olan Memar Sinanın ruhunun bu gün şad olduğunu hiss edirəm. Sərgidə daha çox xanım portretlər, fəlsəfi mövzularda hazırlanan rəsm əsərlərinin də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Əsərlərimdə insanlara xoş və gözəl mesajlar ötürməyə çalışmışam. Onsuz da insanların problemləri çoxdur. Ona görə də tablolarımda daha çox insan ruhunu oxşayan rənglərə və mövzulara toxunuram. Mənim fikrimcə, yaradıcı insanın işi, sərgi insanlara zövq verməlidir. Sərgiyə gələn yüzlərlə-minlərlə insanlar xoş əhval-ruhiyyə ilə oranı tərk etdilər. Bu mənim üçün sənətkar olaraq çox xoş hadisədir. Onu da qeyd etmək istərdim ki, Avropa Birliyi senatorları bu sərgiyə gəlmişdilər. Onlar xoş təsürratla sərgini tərk etdilər. Məndə həmin qurumda bir mədəniyyət xadimi olaraq senator seçilmişəm. Düşünürəm ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğatı üçün bu yaxşı bir vasitə olacaq.

-Sərgilə, ziyarətçilərin baxışları ilə bağlı təsürratlarınız necədir?

-Biz gördüklərimizi, duyğularımızı sənətə çevirməyə, təqdim etməyə çalışırıq. Ən azından rəssam öz yaradıcılığı ilə cəmiyyəti maarifləndirməlidir. Ən böyük rəssam Allahın özüdür. Allah yaradır gözəllikləri. Biz bu gözəllilərin qədrini bilməliyik. Bu bəşəri problemdir. Dünyada yalnız az bir hissə, on faiz dünyanın qorunmasına, bu, gözəlliklərin mühafizəsinə çalışır. Qalanlar isə dağıdıcılıqla məşğul olurlar. Dünya dəyişir, insan cılızlaşır. Qloballaşma adı altında bir çox hallarda dəyərlər, bəşəri mədəniyyət unudulur, itib gedir.

-Bəs, dağıdıcılığın səbəbi nədir? Bu təhsilsizliklə bağlı ola bilərmi?

-Bəli təhsil, mütaliə vacib məsələdir. Mütaliəsizlik hər yerdə fəlakətə aparır. Biz sənət adamı olaraq bunları görürük, hiss edirik. Allahın bəxş etdiyi bütün gözəlliklər bir əmanətdir. Bu əmanəti hər birimiz qorumalıyıq. Biz bəzən düşünürük yeni informasiya texnologiyaları inkişafdan xəbər verir. Əslində bu qədər robortlaşma, dünyada silah istehsalı bəşəriyyəti təhdid etməklə bərabər cəmiyyətin harmoniyasını pozub. Allah insana istedad verir. İnsan yalnız çalışmaqla, yüksək təhsillə, alın tərilə o enerjini cəmiyyətə çatdırır. Enerji itmir, nəyə isə keçir. Çalışmaq lazımdır həmin müsbət enerji cəmiyyətə sərf olunsun.

-Qarabağ mövzusu yaradıcılığınızda necə əks olunub?

-Qarabağa həsr etdiyiyim "Cıdır düzü” əsərim bu sahəni əhatə edir. Bu tablo Azərbaycan təsviri sənətinin Qarabağnaməsidir. "Cıdır düzü” əsəri bu tabloda tarixi gerçəklik sənətin ali dili ilə dil açıb danışır. Qarabağ. Cıdır düzü. Qarabağ atı üstündə Xan qızı, xarıbülbül çiçəyi, xalçalarımız. milli musiqi alətlərimiz. milli geyimlərimiz, çövkən oynayan Azərbaycan övladları, uca yüksəklikdə dalğalanan üçrəngli Azərbaycan bayrağı bu əsərimdə əks olunub. Bir tabloda nə qədər fikir, məna əks olunub. -Maraqlı fikirlərinizə görə, təşəkkür edirik.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 393

QHT və MEDİA

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...