CƏMİYYƏT
A- A A+

Dünyanın neftə bulaşmış Orta Şərq siyasəti

2019-11-04 13:15:24

.

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu fikirləri ABŞ-ın prezidenti Donald Tramp deyib. Əslində bu çox ciddi mətləblərdən xəbər verir. Belə siyasəti həyata keçirənləri heç vaxt insan taleyi, insan hüquqları, ədalətli siyasi yanaşma maraqlandırmır. Onları yalnız geostrateji planda Orta Şərqin zəngin neft ehtiyatları, yeni yataqların tapılması, müasir silah arsenalının sınaqdan keçirilməsi və orada yerləşdirilməsi düşündürür. On min kilometr uzaqdan, okeanın o tayından bu regiona demokratiya, sabitlik yapmağa gələn, bu, şəxslər görəsən, nə zaman anlayacaqlar ki, belə addımlar sivil siyasətin, sivil yaşam tərzinin tənəzzülünə gətirib çıxarır.

Ötən günlərdə Suriyada Türkiyə ilə həmsərhəd ərazilərdə qaçqınlar üçün salınmış çadır şəhərciyindəki acınacaqlı vəziyyəti telekanallar vasitəsilə müşahidə etdim. Heç bir normal insan oradakı humanitar fəlakətə etinasız yanaşa bilməz. Leysan yağışdan sonra su basmış çadırlarda əziyyət çəkən minlərlə dinc insanın taleyi təbii ki, Tramp kimiləri düşündürmür. Dünyaya yalnız biznes maraqları çərçivəsindən yanaşan belə ölkələrin Orta Şərqə hər hansı sülh, təhlükəsizlik gətirəcəyi mümkünsüzdür.

Bozarmış, neft çirkabına bulaşmış dünya siyasəti çox təhlükəli mərhələyə daxil olaraq yeni təlatümlərə yol açır. Əvvəllər “imperalist” ifadəsi daha çox işlənirdi. Xüsusilə sovet dönəmində bu söz mətbuat səhifələrini bəzəyirdi. Sonradan həmin ifadə leksiondan çıxarılmağa başlandı. Əslində bu gün bəzi dövlətlər imperiya maraqlarından çıxış edərək Orta Şərqi barıt çəlləyinə, dinc insanların ölüm düşərgəsinə döndəriblər.

Yalnız Türkiyə regionda ədalətli sülhün bərqərar olmasına, qaçqın düşən minlərlə insanın öz torpağına qayıdaraq sakit yaşamasına çalışır. Digər super güclərin məqsədi isə tamamilə başqadır. Ədalətsiziyə müqavimət göstərdiyinə, hər zaman güclünün deyil, əzilənin, ədalətlinin yanında olduğuna görə, Türkiyə mütəmadi olaraq təzyiqlərlə üz-üzə qalır. Türkiyəni cəzalandırmaq üçün müxtəlif oyunlar gedir. Xüsusilə, erməni kartı, qondarma erməni “soyqırımı” məsələsi alət kimi istifadə olunur.

Şərqdə gedən bu proseslərə etinasız yanaşmaq mümkün deyil. Geopolitik maraqlara, regionun sərvətlərinin yenidən bölüşdürülməsinə xidmət edən digər layihə, oxşar ssenarilər bu gün Suriyada və başqa ölkələrdə davam edir. Dünyanın ən zəngin neft ölkələrindən olan İraq, Liviya bu fəlakətlərdən qaça bilmədi. Suriya da oxşar aqibətlə daha qorxulu şəkildə üzləşib.

Demokratiyanın, beynəlxalq hüququn super güclərin əlində dəyənəyə çevirilməsi fəlakətdir. Bu fəlakətdən və yaranmış fürsətdən istifadə edib dünyanın iqtisadi xəritəsinin yenidən çəkilməsinə, Orta Şərqdə zəngin resursların bölüşdürülməsinə can atmaq regionda münaqişlərin hələ uzun müddət uzanacağına işarədir. Belə ədalətsiz münasibət hər zaman separatizmin genişlənməsinə stimul verir. Bütün bunlara dünyanın gələcək taleyinin konteksində yanaşmaq lazımdır.

Orta Şərqin, müsəlman dünyasının belə duruma düşməsinin səbəbləri təbii ki, çoxdur. Bu regionun neft-qaz resursları ilə zəngin olması, yerləşdiyi coğrafi ərazi, münbit şərait, həmin ölkələrdəki cəmiyyətlərin dünyanın inkişaf tendensiyaları ilə ayaqlaşa bilməməsi, dini faktorlar və digər sadalamadığımız səbəblər var. Lakin zamanında dünyanın gedişatına uyğun ərəb ölkələrində islahatlar həyata keçirilsəydi indiki kimi cəmiyyətin nizam-intizamı pozulmazdı.

Əslində Şərqin, xüsusilə, müsəlman cəmiyyətinin əsas problemi islami dəyərlərdən uzaq düşməsidir. İslami dəyərlərdən uzaq düşmək, islahatların davamlı xarakter almaması, cəmiyyətdə sıxılmış enerjinin yaranması, müsəlman ölkələri arasında həmrəyliyin olmaması, xarici təhdidlərin nəzərə alınmaması və s. faktorlar Orta Şərqi təlatümlərə yuvarlatdı. Nəticə göz qabağındadır. Bu təlatümlərdən əziyyət çəkənlər isə bütünlükdə müsəlman dünyası, minlərlə, milyonlarla sadə insanlar oldu.

Biz Azərbaycan vətəndaşı olaraq Şərqdə və ümumilikdə, dünyada gedən prosesləri, dağdıcı ssenariləri izləyirik. Hadisələri izləməklə bərabər nəticə çıxarmalıyıq. Təbii ki, Azərbaycanda mövcud olan sabitlik bizim hər birimiz üçün önəmlidir və bu sabitliyə vətəndaş olaraq öz töhfəmizi verməliyik.

Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1434

QHT və MEDİA

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

2020-07-07 08:40:51

QHT və MEDİA
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...