QHT və MEDİA
A- A A+

PA rəsmisi: "Kəlbəcərli girovlarla bağlı mövqemiz Avropa Məhkəməsinə təqdim edilib"

2019-11-04 12:05:48

.

"Azərbaycanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyi Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan bu məsələ ilə bağlı dünyanın aparıcı hüquqşünasları ilə müqavilə imzalayıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın mövqeyi Avropa Məhkəməsinə təqdim olunub:

"Bu, sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər. Azərbaycanlı girovların azadlığa buraxılması Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətidir. Avropa Məhkəməsinin qərarında bu iki şəxsin hüquqlarının pozulması müəyyən ediləcək. Bundan sonra Ermənistan bu qərarı icra etmək məcburiyyətində olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməkdən asılıdır".

Ç.Əsgərov bildirib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər:

"Bu məsələ ilə bağlı Avropa Şurasının müvafiq mexanizmləri var, əgər Ermənistan qəbul olunan qərarı icra etməzsə, biz bu bununla bağlı məsələ qaldıracayıq. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 207

QHT və MEDİA

2020-02-26 15:55:37

QHT və MEDİA
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olar...

2020-02-26 15:30:53

QHT və MEDİA
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...

Bu gün Azərbaycan xalqı bəşəriyyətin ən qanlı hadisəsi, insanlığa qarşı törəd...

CƏMİYYƏT

2020-02-24 11:15:00

CƏMİYYƏT
Regionu təhdid edən əməllərinin qarşısı ...
Regionu təhdid edən əməllərinin qarşısı ...

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimlə...

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...