QHT və MEDİA
A- A A+

Ukraynanın nüfuzlu informasiya agentliyində Ermənistan hakimiyyətinin destruktiv siyasəti pislənilib

2019-11-02 16:30:33

.

Cəmiyyətin radikal millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən Ermənistan hakimiyyətinin destruktiv siyasəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl olur. AZƏRTAC xəbər verir ki, bu fikri “İnterfax-Ukrayna” agentliyinə geniş müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib (https://interfax.com.ua/news/interview/621870.html).

“Bütün bu illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdid olub və bu, davam edir. Münaqişə Cənubi Qafqaz ölkələrinin tam əməkdaşlığına mane olur”, - deyə səfir əlavə edib.

A.Xudiyev bildirib ki, müstəqillik illərində balanslaşdırılmış xarici siyasət, neft və qaz ehtiyatlarından praqmatik istifadə və sosialyönümlü daxili siyasət Azərbaycanı dünyada layiqli hörmətə sahib olan müasir və sabit dövlətə çevirib. Lakin keçmiş Sovet İttifaqından miras qalan və Azərbaycanın xarici siyasətinin ən vacib prioriteti olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz ədalətli həllini tapmayıb.

Səfir müsahibəsində Azərbaycanın uğurlu iqtisadi və sosial layihələri, milli şirkətlərimizin Ukraynada investisiya qoyuluşu barədə geniş faktlara əsaslanıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 219

QHT və MEDİA

2020-02-26 15:55:37

QHT və MEDİA
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olar...

2020-02-26 15:30:53

QHT və MEDİA
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...

Bu gün Azərbaycan xalqı bəşəriyyətin ən qanlı hadisəsi, insanlığa qarşı törəd...

CƏMİYYƏT

2020-02-24 11:15:00

CƏMİYYƏT
Regionu təhdid edən əməllərinin qarşısı ...
Regionu təhdid edən əməllərinin qarşısı ...

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimlə...

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...