QHT və MEDİA
A- A A+

“Xalq və bəstəkar mahnılarında Azərbaycan dilinin saflığının qorunması” layihəsi yekunlaşıb

2019-11-01 08:40:45

.

Fact-info.az qhtxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında “Azadlıq Hərakatçıları” İctimai Birliyi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Milli Konservatoriyası ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Xalq və bəstəkar mahnılarında Azərbaycan dilinin saflığının qorunması” layihəsinin yekunlarına həsr edilmiş konfrans keçirilib.

Tanınmış müğənnilərin, dilçi-alimlərin və bəstəkarların iştrakilə keçirilən tədbiri giriş sözü ilə Konservatoriyanın prorektoru, sənətşunaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova açıb.

Layihə çərçivəsində “Azadlıq Hərakatçıları” İctimai Birliyinin SƏS TV onlayn televiziyası ilə birgə istehsal etdiyi “Mahnılarımızın dili” sənədli filmi nümayiş etdirilib.

“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri, yazıçı-publisist, layihənin rəhbəri Təhmasib Novruzov çıxış edərək araşdırmaların yekunları, ortaya çıxan qüsurlar və onların dilimizin saflığına xələl gətirməsi, eləcə də həmin qüsurların aradan qaldırılması ilə bağlı təkliflər barədə ətraflı məlumat verib.T. Novruzob bildiri ki, layihənin icrası zamanı 2000-dən çox mahnı ifası dinlənilmiş, 220 dil qüsuru başkar edilmişdir. Qeyd olunub ki, Respulikanın Xalq Artistləri Mənsum İbrahimov, Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova və Əməkdar Artist Təyyar Bayramov istisna olmaqla ifası dinlənilən bütün müğənnilərdə dil qüsuru aşkar edilib.

Layihənin eksperti, AMEA Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Millət vəkili Hikmət Babaoğlu, Respublikanın Xalq Artisti Eldost Bayram, Əməkdar Artist Təyyar Bayramov, jurnalist Hikmət Əliyev və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, xüsusilə gənc ifaçıların formalaşmasında belə tədbirlərin rolundan danışıblar.

Sonda araşdırma zamanı ifalarında dil qüsuru aşkar olunmayan Respublikanın Xalq Artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova və Əməkdar Artist Təyyar Bayramov “Azadlıq Hərakatçıları” İctimai Birliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə “Təşəkkürnmə”ləri ilə təltif ediliblər. Tədbirə Milli Konservatoriyanın prorektoru,sənətşunaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev yekun vuraraq belə vacib və maraqlı tədbirin Milli Konservatoriyada keçirilməsinə görə layihənin əməkdaşlarına minnətdarlıq edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 232

QHT və MEDİA

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

2020-02-17 08:25:26

QHT və MEDİA
Mülazim Pahsa: Ermənistanın baş nazirini...
Mülazim Pahsa: Ermənistanın baş nazirini...

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölk...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...