TƏDQİQATLAR
A- A A+

Avropa söz azadlığını ermənilərin "soyqırım" əfsanəsindən üstün tutdu

2015-10-28 09:20:05

Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İsveçrənin türkiyəli siyasətçi Doğu Perinçekə münasibətdə söz azadlığı prinsipini pozması faktını birmənalı təsdiq edərək, siyasətçinin xeyrinə böyük əks-sədaya səbəb olan qərar qəbul etdi

Avropanın nüfuzlu məhkəmə orqanının bu qədər obyektiv və nadirən qərəzdən uzaq hökmünü haqlı olaraq tarixi qərar adlandırmaq olar.

Xatırladaq ki, 2005-ci ildə İsveçrədə keçirilən konfranslardakı çıxışlarında 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərə qarşı "soyqırımı"nın olmasını inkar, "ermənilərin soyqırımı" fikrini isə "beynəlxalq yalan" hesab etdiyinə görə Doğu Perinçek "İsveçrə-Ermənistan" Assosiasiyasının iddiası üzrə Lozanna şəhər dairə məhkəməsi tərəfindən cərimələnmişdi.

2007-ci il martın 9-da Doğu Perinçekin hərəkətində irqçilik tendensiyasının olduğunu irəli sürən Lozanna məhkəməsi siyasətçini "İsveçrə Cinayət Məcəlləsinə əsasən irqi ayrı-seçkilikdə günahkar bildi", bu isə türk siyasətçini AİHM-ə müraciət etməyə vadar etdi.

Mövcud məlumatlara görə, Doğu Perinçek İsveçrəni söz azadlığının pozulmasında ittiham etdi, daha sonra 2013-cü il dekabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini təmin etdi, 2014-cü ilin martında isə İsveçrə bu qərarla bağlı apelyasiya müraciəti etdi.

Qeyd etmək lazımdır ki, bu, Avropanın adəti xilafına müstəqil iradə məsələsində əsl demokratiya nümayiş etdirdiyi yeganə haldır. Digər tərəfdən, Avropanın ali məhkəmə orqanının düşünülmüş qərarı, şübhəsiz ki, beynəlxalq hüquq çərçivəsindəki demokratik dəyərlərin qoruyucusu olan qitənin imicini yüksəltdi.

Beləliklə, Strasburqdakı məhkəmə Türkiyə vətəndaşının şikayətini haqlı hesab etdi və "erməni soyqırımı"nın inkar edilməsinin qanunazidd olmadığına, Perinçeki cərimə edərək İsveçrənin özünün Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsini (ifadə azadlığı) pozduğuna qərar verdi.

AİHM-in qərarına əsasən, türkiyəli siyasətçinin 1915-ci il hadisələrini inkar etməsi yuxarıda adı çəkilən Konvensiyanın 17-ci maddəsində göstərilən hüquqlardan sui-istifadə deyildir.

Deməyə ehtiyac yoxdur ki, bu hadisə dünya erməniləri üçün tam məğlubiyyət oldu. Yeri gəlmişkən, göründüyü qədəriylə, bütün ermənilər üçün vacib olan bu məsələdəki məğlubiyyəti dərinliyinə qədər anlayan erməni KİV-ləri Avropa və Türkiyəyə ünvanlanmış cəmi bir-iki etiraz xarakterli məqalə ilə kifayətləndilər.

Eyni zamanda, Avropa Məhkəməsinin ədalətli hökmü Türkiyə üçün birmənalı olaraq Perinçekin timsalında türk diplomatiyasının və bütün türk xalqının qələbəsidir.

İsveçrə parlamentində vaxtaşırı olaraq "erməni soyqırımı" məsələsini müzakirəyə çıxaran və "soyqırımı"nın İsveçrə parlamenti tərəfindən tanınmasına nail olmağa çalışan qrupun mövcudluğu faktı xoş olmasa da, ermənilər bu istiqamətdə müəyyən bonuslar əldə ediblər. Məsələn, "erməni soyqırımı" ilə bağlı uydurma tarixi faktın inkarı İsveçrədə cinayət məsuliyyəti doğurur (40 min avro məbləğində cərimədən 1 il müddətinə azadlıqdan məhrumetməyədək).

İsveçrədəki erməni diasporu bu gün ən nüfuzlu diasporlardan biri hesab olunur, belə ki, o, müəyyən mərhələdə Ermənistanın hətta orta statistik sakinlərinin belə bu ölkəyə axınına imkan yaradır. Məsələn, 2010-cu ilin statistikasına görə, həmin vaxt İsveçrədə 612 erməni yaşayıb, bu gün isə qeyri-rəsmi rəqəmlərə görə, ermənilərin sayı 5 minə çatıb ki, onların da hamısı Avropanın ən firavan ölkələrindən biri hesab edilən ölkənin vətəndaşlarıdır. Bundan başqa, bu ölkədə İsveçrə erməniləri ittifaqı, Sürix erməniləri ittifaqı, İsveçrə-Ermənistan təşkilatı və s. kimi erməni qurumları fəaliyyət göstərir ki, bu da ermənilərdə İrəvandan görmədikləri gələcəyə inam yaradır.

Yeri gəlmişkən, erməni əsilli tanınmış fransız müğənni, Ermənistanın BMT-nin Cenevrədəki ofisindəki daimi nümayəndəsi Şarl Aznavur dəfələrlə bəyan edib ki, Fransa və Ermənistandan başqa, məhz İsveçrəni özünün üçüncü vətəni hesab edir.

Buna baxmayaraq, "üçüncü vətəninə" olan sevgi onun İsveçrənin "RTS" kanalının müxbirlərinə müsahibəsində bölüşdüyü həyati inanclarına heç cür təsir edə bilməyib, belə ki, Aznavur müsahibəsində 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin tanınması məsələsində "soyqırımı" sözünün onun üçün heç bir əhəmiyyət daşımadığını bildirmişdi. Aznavurun bu sözləri Ermənistan üçün əsl şok effekti yaratmışdı, mətbuat isə guya Ermənistanın erməni xalqına qarşı cinayətin tanınması uğrunda mübarizənin mahiyyətini anlamayan bir şəxsi öz nümayəndəsi olaraq irəli sürdüyünü yazdı. Əslində, Aznavur hər hansı ciddi ölkənin Ermənistan üçün bu qədər prinsipial olan "soyqırımı" termininə görə Türkiyə ilə münasibətləri gərginləşdirməyəcəyi kimi sadə faktı ermənilərə çatdırmaq istəyirdi.

"Mən "soyqırımı" termininə əhəmiyyət vermirəm. Bu sözün istifadəsi mənim üçün nəyi dəyişəcək ki? Hətta "soyqırımı" faktını tanıyan Fransa belə bu istiqamətdə irəliləmir. Və heç bir ölkə bu məsələdə Ermənistanı heç vaxt dəstəkləməyəcək", – deyə "Vivement Dimanche" verilişində müğənni bildirib.

Bir sıra ölkələrdə uydurma "erməni soyqırımı" faktı barədə qətnamələrin qəbul edilməsi birmənalı olaraq nüfuzlu erməni lobbisinin xidmətidir, amma bu fakt hələ də bütün dünya tərəfindən qəbul edilməyib. Aparıcı dövlətlərin böyük əksəriyyəti 1915-ci il hadisələrini başqa cür yox, yalnız hərbi cinayət kimi qiymətləndiriblər. Beləliklə, uydurma "soyqırımı"nın hesabına türklərdən külli miqdarda maddi təzminat ödənişi formasında mükafat əldə etmək ermənilər üçün reallaşmayan arzu olaraq qalır. Görünür, müdrik Aznavur ermənilərin xülyalarını necəsə dağıtmağa və erməniləri "göydən yerə endirməyə" cəhd etdi, amma buna nail ola bilmədi.

Belə bir deyim var ki, hər bir xalq layiq olduğu başçıya malikdir. Belə ki, ermənilərin vəziyyətində bu deyim birə-bir doğrudur. Ermənilər hələ də separatçı rejimin yaxın işıqlı gələcək barədə nağıllarına kor-koranə inanırlar, hakim rejim isə inadla Azərbaycana qarşı işğal siyasətini davam etdirir və bununla da öz xalqını siyasi təcrid və iqtisadi xaosa məruz qoyur. Buna paralel olaraq, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və hər vasitə ilə dünya ictimaiyyətini uydurma "soyqırımı"na inandırmağa çalışır və çətin ki, bu qarayaxa ideyadan əl çəksin.

Türkiyənin əsaslı diplomatik qələbəsi, Ermənistanın isə biabırçı məğlubiyyətinə qayıtdıqda, qeyd etmək lazımdır ki, bu gurultulu prosesi diqqətlə izləyən Azərbaycan ictimaiyyəti, şübhəsiz ki, Avropanın ali məhkəmə orqanının son qərarından məmnundur və Avropanın müdrik qərarını tam dəstəkləyir. Amma Avropanın bundan sonra da ölkəmizdə baş verən proseslərə qarşı obyektivlik göstərməsi və hüquq və söz azadlığı məsələsində reallıqdan uzaq provokativ hücumlara qəti son qoyması Azərbaycan üçün prinsipial dərəcədə mühümdür. Avropada başa düşməlidirlər ki, bu cür yanaşma mövcud gərginliyi aradan qaldıra və Bakının Brüsselə olan itmiş inamını geri qaytara bilər.

 

Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1267

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...