QHT və MEDİA
A- A A+

Erməni vandalizmi ilə bağlı layihənin son hesabatına dair tədbir keçirilib

2015-10-27 22:05:32

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihəsinin son hesabatına dair tədbir keçirilib

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına həyata keçirilib. Tədbirdə çıxış edən İB-nin sədri Faiq İsmayılov layihənin məqsədinin Ermənistanın işğalı altında olan ərazilərimizdəki tarixi və mədəniyyət abidələrinin dağıdılmasının səbəblərinin indiyədək beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəflərini araşdırmaq və erməni vandalizmi ilə bağlı beynəlxalq səviyyədə müzakirələr təşkil etməklə dünya ictimaiyyətində bu haqda real təsəvvür yaratmaqdan ibarətət olduğunu diqqətə çatdırdı: “Layihə xalqımızın ümummilli probleminə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərindəki tarixi və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının tarixini, məsələnin həlli istiqamətində danışıqlar prosesinin gedişini və beynəlxalq birliyin bu məsələdə tutduğu mövqeyin nə dərəcədə ədalətli olduğunun araşdırır”. Ümumilikdə yüz mindən artıq maddi-mədəniyyət abidələrimizin erməni vəhşiliyinin qurbanına çevrildiyini dilə gətirən Faiq İsmayılov tarixi və mədəniyyət abidələrimizin bərpası və geri qaytarılması istiqamətində bundan sonra da dünyanın aparıcı dövlətlərində öz təbliğat kampaniyasını davam etdirəcəklərini dilə gətirdi: “Erməni təbliğat maşını bu gün işğal altında saxladığı Azərbaycan ərazilərindəki bütün xristianlığaqədər və xristianlıq dövrü abidələrini erməni kilsəsi adlandırmaqla çox ciddi tarixi saxtakarlığa yol verərək beynəlxalq ictimai rəydə çaşqınlıq yaradırlar”. F. İsmayılov onu da vurğuladı ki, ermənilər bu abidələrin özlərinə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərinin düzülüşü onların yalan danışdıqlarını bir daha üzə çıxarır. Tədbirdə  digər iştirakçılar öz fikirlərini, təkliflərini bildiriblər.

 

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 898

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...