MƏDƏNİ
A- A A+

Milli musiqi xəzinəmizdən

2019-10-30 08:50:37

.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Milli musiqi xəzinəmizdən” layihəsi üzrə ilk nəşrlərin – görkəmli bəstəkarlar, SSRİ Xalq artisti Fikrət Əmirovun və Əməkdar incəsənət xadimi Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verdi. Vurğuladı ki, Milli Kitabxana sözügedən layihəni Mədəniyyət Nazirliyi ilə birlikdə üç il müddətində ərsəyə gətirib.

Rəhbəri olduğu qurumun bu yöndə gördüyü işlər haqqında danışan K.Tahirov dedi ki, hazırda layihə çərçivəsində 500-dək musiqi janrı toplanaraq kitabxananın elektron portalında yer alır. Ümumilikdə kitabxananın not məcmuələrinin toplanması və çap edilməsi istiqamətində görülən işlərin davam edəcəyini qeyd edən direktor belə təqdimatların gələcəkdə də reallaşdırılacağını bildirdi: “Bu gün müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək olar. Bu sahədə tədqiqat işlərinin aparılması, müəyyən faktların toplanması üçün müvafiq elektron portaldan istifadə etmək mümkündür”.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev not məcmuələrinin ərsəyə gəlməsini və onların kitabxananın elektron portalında yerləşdirilməsini yüksək qiymətləndirdi, bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirdi: “Biz bu layihənin təqdimatını Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində keçirməyi qərara aldıq. Bu günədək Azərbaycan mədəniyyətinin, musiqisinin xaricdə təbliği istiqamətində bir sıra önəmli layihələr həyata keçirilib. Son 10 ildə 676 adda kitabın nəşrinə nail olmuşuq”.

“Azərbaycan musiqisinin dünyada təbliğ olunması sahəsində daha fəal iş aparılmalıdır. Bunun üçün müasir vasitələrdən daha geniş yararlanmaq lazımdır. Ölkəmizin zəngin musiqi ənənələri, bəstəkarlarımızın əsərləri bu vasitələrdən istifadə edilərək təbliğ edilməlidir”, - deyə nazir qeyd etdi.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi dedi ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir: “Bu işin ərsəyə gəlməsi o deməkdir ki, bizim bu sahədə biliyimiz zənginləşəcək. Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Düşünürəm ki, görülən iş bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır”.

Daha sonra təqdimat mərasimi müzakirələrlə davam etdi.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 268

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...