2019-10-30 08:45:53 | AKTUAL
Multikulturalizmin Azərbaycan modelinin alternativi yoxdur

Oktyabrın 29-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi, Azərbaycan Bibliya Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi” mövzusunda konfrans keçirilib

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə,tədbirdə əvvəlcə ölkəmizdəki multikultural mühitdən və Azərbaycan Bibliya Cəmiyyətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin moderatorluğu ilə keçirilən konfransda çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, dinlərarası harmoniya bir çox ölkələrdə mövcuddur. Azərbaycanı fərqləndirən cəhət tarixən formalaşan bu mühitin xalqın həyat tərzinə və dövlət siyasətinə çevrilməsidir. Azərbaycanda formalaşan bu modelə maraq daha da artır. Dünya birliyi başa düşür ki, nə qədər güclü iqtisadiyyata, hərbi potensiala malik olsalar da, mənəvi dəyərlər sistemi pozulduğu təqdirdə dünyada sülhü, birliyi, həmrəyliyi əldə etmək qeyri-mümkün məsələdir.

“Dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, baş verən gərginliklərin əsasında dini və etnik zəmində baş verən münaqişələr dayanır. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın əhəmiyyəti olduqca vacibdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən bu strategiya dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda sınaqdan keçən, dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa töhfə verən model zamanın tələbidir və bunun alternativi yoxdur. Artıq Azərbaycanda və dünyada keçirilən tədbirlərdə ölkəmizin bu təcrübəsinin dünyada təbliğ olunması barədə çağırışlar edilir. Noyabr ayında Azərbaycanda “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Əminik ki, həmin konfransda da yeni çağırışlar, təşəbbüslər irəli sürüləcək”, – deyə S.Heydərov qeyd edib.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev bildirib ki, Azərbaycan müxtəlif dinləri birləşdirən müqəddəs Vətəndir. Azərbaycan burada yaşayan bütün fərqli dinlərə, müxtəlif mədəniyyətlərə məxsus xalqların evidir. Burada müxtəlif dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır. Biz müxtəlif dinlərə məxsus olsaq da, məqsədimiz Azərbaycanın ictimai-siyasi sabitliyinin qorunmasıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın mədəniyyətlərarası, sivilizasiyalararası siyasətin uğurla təşkil olunmasında mədəni körpü rolunu oynadığını bildirib. O, ölkəmizdə tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatmasının dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsi olduğunu vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov dünyada dini sahədə gedən proseslərə diqqət çəkərək bildirib ki, etnik və dini tolerantlığa nail olunmuş ölkələrdə yüksək inkişaf üçün şərait mövcuddur. Onun sözlərinə görə, institutda İslam dini ilə yanaşı, xristianlığın da tarixi öyrədilir. Rektor növbəti illərdə xristianlıq və yəhudiliklə bağlı fənlərə daha geniş yer veriləcəyini deyib və bu prosesdə ölkəmizdəki dini icmalarla birlikdə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıb.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasının sədri İlya Zençenko çıxışlarında bildiriblər ki, Azərbaycanda milli-mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Burada çoxsaylı etnik qruplar yaşayır. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır. Bütün bunlar Azərbaycanda dini tolerantlıq sahəsində yaradılan şəraitin göstəricisidir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında vurğulayıb ki, dinlərin əsas sütunu ortaq dəyərlərdir və müasir dövrümüzdə dəyərlərin qorunmasında dinlərin rolu əvəzsizdir. Azərbaycanda İslamdan əvvəl də müxtəlif dinlərin mövcud olduğunu və bu dinlərin bizim mədəniyyətimizin qurulmasında böyük rol oynadığını qeyd edən M.İsmayılov bildirib: “Azərbaycanın xaricdə tanıdılması üçün ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar da əməli işlər görürlər. Amma bu istiqamətdə fəaliyyətin dairəsi daha da genişləndirilməlidir. Biz dünyanın ən aparıcı kanallarına, mətbuatına çıxmalı, sosial şəbəkələrdə fəal təbliğat aparmalıyıq”.

Sonda Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.

Baxış sayı : 613
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42 Bazar iqtisadiyyatı şəraitində biznesin borc təcrübəsi 2021-01-23 09:55:17 "Böyük Qayıdış” qısametrajlı bədii və animasiya film layihələri müsabiqəsi elan edildi 2021-01-22 16:35:09 Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir 2021-01-22 11:50:22 Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır 2021-01-22 10:35:09 Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi 2021-01-22 09:40:15 Prezident İlham Əliyev: Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir 2021-01-22 09:15:12 Türkmənistan Prezidenti: Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni türkmən və Azərbaycan xalqlarının möhkəm qardaşlıq telləridir 2021-01-22 09:05:54 Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50