SİYASİ
A- A A+

Azərbaycan prezidenti İlham Əliyev yeni qurumun yaradılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev yeni qurumun yaradılması haqqında fərman imzalayıb

Fərmanda aşağıdakı göstərişlər öz əksini tapıb:

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

2. Cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

3. Müəyyən edilsin ki,

3.1. Cəmiyyət Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir;

3.2. Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;

3.3. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

3.4. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir;

3.6. 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. Cəmiyyətin Nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.6. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.7. bu Fərmanın 3.5-ci bəndində nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.8. Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.10. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

5.1. Cəmiyyətin yaradılması ilə əlaqədar müvafiq təhvil-təslim işlərini bir ay müddətində həyata keçirsin;

5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.

 

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


Kateqoriya : SİYASİ Baxış sayı : 669

SOSİAL

2017-02-28 09:40:26

SOSİAL
"Azərbaycan İsrailə "Dəmir günbəz" kompleksi sifariş verib"
"Azərbaycan İsrailə "Dəmir günbəz" kompleksi sifariş verib"

Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb

2017-02-25 10:05:09

SOSİAL
Mehriban Əliyeva: “Yeni təyinat qarşıma yeni hədəflər qoyur”
Mehriban Əliyeva: “Yeni təyinat qarşıma yeni hədəflər qoyur”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib

İQTİSADİ

2017-02-28 10:05:50

İQTİSADİ
Kaxa Kaladze: “Abxaziyadan keçməklə Ermənistana gedən dəmir yolunun açılması məsələsi danışıqlar mövzusu olmayıb”
Kaxa Kaladze: “Abxaziyadan keçməklə Ermənistana gedən dəmir yolunun açılması məsələsi danışıqlar mövzusu olmayıb”

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Gürcüstanın işğal olunmuş Abxaziya ərazisindən Ermənistana gedən dəmir yolunun açılışı barədə məlumatları təkzib edib

2017-02-23 18:55:24

İQTİSADİ
“Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının iştirakı əhəmiyyətli olacaq”
“Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının iştirakı əhəmiyyətli olacaq”

Bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir

MƏDƏNİ

2017-02-28 09:10:31

MƏDƏNİ
Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd edildi
Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd edildi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib

2017-02-24 09:35:10

MƏDƏNİ
Brüsseldə alman fotoqrafın azərbaycanlı məcburi köçkünləri əks edən əsərləri sərgilənir
Brüsseldə alman fotoqrafın azərbaycanlı məcburi köçkünləri əks edən əsərləri sərgilənir

Son dörd il ərzində dünya turu edən “Evə aparan beş yol” (Five Roads Back Home) adlı fotosərginin Avropa İttifaqının qərargahı olan Brüssel şəhərində də təqdimatı baş tutub

TƏDQİQATLAR

2017-02-21 09:20:56

TƏDQİQATLAR
Ana dili: millətin varlığı və mənəvi sərvəti
Ana dili: millətin varlığı və mənəvi sərvəti

Ana dilinin hər bir xalqın, millətin varlığının ən başlıca göstəricilərindən, ən böyük mənəvi sərvətlərindən biri olması məlum bir həqiqət, danılmaz bir gerçəklikdir

2017-02-18 10:15:09

TƏDQİQATLAR
“Komsomolskaya Pravda” Xocalı faciəsindən yazır
“Komsomolskaya Pravda” Xocalı faciəsindən yazır

“Komsomolskaya pravda” qəzetində “İddia müddəti yoxdur: Xocalı faciəsinin 25 illiyi” sərlövhəli məqalə dərc edilib

QHT və MEDİA

2017-02-28 10:20:23

QHT və MEDİA
Əcnəbi media Ermənistanın son təxribatlarından yazır
Əcnəbi media Ermənistanın son təxribatlarından yazır

Əcnəbi media Ermənistanın cəbhə xəttindəki son təxribatları ilə bağlı geniş məqalə yayıb

2017-02-27 08:50:43

QHT və MEDİA
“The News”: Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır
“The News”: Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır

Meksikanın ən nüfuzlu ingilis dilli mətbu orqanı olan “The News” qəzetində baş redaktor Tereza Marqolisin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub

DİGƏR

2017-02-27 09:20:15

DİGƏR
Fransalı ekspert: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir
Fransalı ekspert: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir

Tədbir

2017-02-24 08:45:54

DİGƏR
Xocalı soyqırımı – Türkafobiyanın bariz təzahürü
Xocalı soyqırımı – Türkafobiyanın bariz təzahürü

Tarixdə XX əsr bir sıra ümumbəşəri xarakter daşıyan cinayət, təhdid və çağırışların ortaya çıxması ilə əlamətdar olmuşdur