SOSİAL
A- A A+

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın həmsədri parlamentdə dinləniləcək

2019-10-29 08:55:39

.

Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın həmsədri, Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia “Keşikçidağ”la bağlı parlamentdə dinləniləcək.

APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, dinləmə müstəqil millət vəkilləri Eka Beselia və Zviad Kvaçantiradzenin təşəbbüsü ilə keçiriləcək.

Qapalı keçiriləcək dinləmədə millət vəkillərinin müvafiq komissiyanın işi, xüsusilə də “Keşikçidağ” məbəd kompleksi ətrafındakı “Çiçxituri” və “Səhra monastrı” abidələrindəki vəziyyətlə bağlı suallar verəcəyi bildirilib. Millət vəkilləri iclasın qapalı keçməsinin daha dolğun məlumat almaq məqsədi daşıdığını qeyd ediblər. “Biz komissiyanın həmsədri cənab Laşa Darsalianın iştirak edəcəyi bu dinləməyə böyük önəm veririk. İclasda “Keşikçidağ” ilə bağlı bütün məsələlər danışılacaq və dinləmənin qapalı olması bizə imkan verəcək ki, məsələ ilə bağlı, aparılan danışıqlar haqqında daha çox informasiya ala bilək”, - deyə Eka Beselia bildirib.


Kateqoriya : SOSİAL Baxış sayı : 148

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...