SİYASƏT
A- A A+

Bernama agentliyi: Soyuq müharibənin başa çatması Qoşulmama Hərəkatının əhəmiyyətini azaltmayıb

2019-10-28 08:30:28

.

Malayziyanın aparıcı Bernama xəbər agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Nazirlərin Hazırlıq Toplantısında çıxışına istinadən “Soyuq müharibənin başa çatması QH-nin əhəmiyyətini azaltmayıb” başlıqlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, yazıda soyuq müharibə dövründən sonra artan qlobal çağırışlar fonunda Qoşulmama Hərəkatının nüfuzunun daha da gücləndiyi qeyd olunub.

Məqalədə bildirilir ki, Qoşulmama Hərəkatı yarandığı gündən bəri sülh və təhlükəsizliyin təminatında əsas rol oynayır. BMT-dən sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Hərəkatın siyasi dialoq və praktiki əməkdaşlıq üçün vacib beynəlxalq platforma olduğu məqalədə öz əksini tapıb. Hələ də aktuallığını saxlayan Hərəkatın hazırkı geosiyasi vəziyyətdə qarşıda duran əsas vəzifələrinin təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə təşkilatın rolunu artırmaq olduğu yazıda qeyd olunub.

Nazirin sözlərini sitat gətirən agentlik yazır ki, Hərəkata üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir. O cümlədən enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə və əmək fəaliyyəti kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir.

Məqalədə qeyd olunur ki, Azərbaycanın bu nüfuzlu təşkilata sədrliyi dövründə ən çox diqqət ediləcək prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılması olacaqdır. Hərəkatın Zirvə Görüşü və Nazirlər Toplantısı çərçivəsində qəbul olunacaq sənədlər gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həlli, habelə Davamlı İnkişaf üzrə 2030-cu ilədək Gündəliyin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi siyasətin müxtəlif aspektlərini əhatə edəcək. Bu sənədlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əməli tədbir olaraq Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək.

Həmçinin Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak etdiyi, hazırda isə Cənub-Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işlədiyi qeyd olunub. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun coğrafi olaraq bu üç dəhliz boyunca yerləşməsi, Hərəkat daxilində qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişafına kömək edə biləcəyi yazıda öz əksini tapıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 418

QHT və MEDİA

2020-07-07 08:40:51

QHT və MEDİA
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...