SİYASƏT
A- A A+

Pakistanlı politoloq: Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin imicinə müsbət təsir göstərəcək

2019-10-26 08:40:31

Qoşulmama Hərəkatı üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi region və dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edən hadisədir

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölknin nüfuzunu daha da artıracaq:

“Bununla yanaşı, Azərbaycanın üzərinə məsuliyyətli missiya qoyulub, çünki bu beynəlxalq struktur regionda və dünyada sülh və sabitliyin möhkəmlənməsinə vacib töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə ölkə siyasətinin prioriteti olan Qarabağ probleminə toxunması məntiqə uyğun idi”.

Politoloq xatırladıb ki, Pakistan 90-cı illərdə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Həmçinin, Pakistan beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına vadar etməyə çağıran birinci ölkədir:

“Azərbaycan Prezidenti Bakı sammitində Qarabağla bağlı düzgün vurğular qoydu və bəyan etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, güc tətbiq etməklə ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə qəbulolunmazdır”.

M.A.Nur bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bundan sonra da Azərbaycanı dəstəkləyəcək və onun milli maraqlarının dəstəklənməsi, ərazi bütövlüyünün bərpası və sərhədlərin toxunulmazlığı üçün çıxış edəcək.

Politoloq əlavə edib ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin imicinə müsbət təsir göstərəcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 277

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...