İQTİSADİ
A- A A+

SOCAR geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2019-10-24 19:10:33

.

S.N.G.N. Romgaz S.A. və SOCAR şirkətləri arasında geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi Azərbaycan Respublikası və Rumıniyanın, eyni zamanda beynəlxalq birliyin ümumi maraqlarına xidmət edən layihələrin inkişafı naminə strateji əməkdaşlıq qurmaqdır.

Romgaz şirkətinin baş icraçı direktoru Konstantin Adrian Volintiru bununla bağlı demişdir: “SOCAR kimi bir tərəfdaşla əməkdaşlıq hər iki şirkətə qarşılıqlı fayda verəcək əla imkandır. Neft və qaz sənayesində oxşar tarixə malik iki ölkə arasında nou-hau, texnologiya və təcrübə mübadiləsi uğurlu əməkdaşlığa yol açacaq. Ən son texnologiyalar və təcrübələr vasitəsilə az tədqiq olunmuş hövzələrdə əhəmiyyətli kəşflər etmək olar.”

Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı Romgaz 70%-i dövlətə məxsus olan şirkətdir. Buxarest və London birjalarında qeydə alınmış bir şirkət olan Romqaz təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğul olur.

SOCAR qlobal miqyasda fəaliyyət göstərən dövlət şirkətidir. Şirkətin fəaliyyət sahələri arasında neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli üstünlük təşkil edir. SOCAR həmçinin ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının satışı ilə məşğuldur. Şirkət əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik, şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməyi hədəfləyir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 144

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...