SİYASƏT
A- A A+

“Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmayıb”

2019-10-24 17:50:39

.

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Kubanın Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər dərin tarixi köklərə malik olduğunu qeyd edərək, müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər.

Azərbaycanla Kuba arasında həm ikitərəfli iqtisadi əməkdaşlığın həyata keçirilməsi, həm də qlobal təşəbbüslər çərçivəsində birgə səylərin vacibliyi vurğulanıb.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.

Nazirlər qarşılıqlı qaydada edilən əvvəlki səfərləri yada salaraq, bu cür təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Bruno Rodriges Parilya Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələr arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.

Nazir E. Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib.

E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək, işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyişin əldə olunmamasını bildirib. Belə yanaşmanın beynəlxalq hüquq norma və prinsipləri və BMT TŞ-nin müvafiq qətnamələrinə zidd olduğunu qeyd edib.

Görüşün sonunda Nazir Bruno Rodriges Parilya Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 256

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...