QHT və MEDİA
A- A A+

Ankarada “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda konfrans keçirilib

2019-10-24 09:00:19

.

Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Universiteti tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, səfirlər, deputatlar, görkəmli alimlər, həmçinin Qazi Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bu tərəfə olan dövlətçilik tariximiz barədə ümumi məlumat verilib.

Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda məruzəsi dinlənilib.

Ümummilli Liderimizin xilaskarlıq missiyasından, zəngin mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, böyük dövlətçilik təcrübəsindən, Ulu Öndərlə bağlı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətində tarixi fəaliyyətindən danışan professor Dilarə Seyidzadə “Yurdda sülh, cahanda sülh uğrunda” kitabından bəhs edərək bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin bu nəşrdə yer alan nitqlərinin əksəriyyəti Türkiyəyə həsr olunub. Ulu öndər Heydər Əliyev “Yurdda sülh, cahanda sülh” ifadəsini tez-tez səsləndirməklə Türkiyə dövlətinin banisi böyük Mustafa Kamal Atatürkə tükənməz sayğısını ifadə edib.

Elmi fəaliyyətində görkəmli insanları araşdırdığını diqqətə çatdıran Dilarə Seyidzadə deyib ki, Heydər Əliyevin zəngin mənalı həyatına baxanda həmişə fəaliyyətləri haqqında tədqiqat apardığı dahi şəxsiyyətlər yadına düşüb. Əminliklə bildirib ki, ulu öndər Heydər Əliyevlə bağlı ən xırda məqamların belə qələmə alınması gələcəkdə Ümummilli Liderimizin irsini araşdıracaq tarixçilərin işinə böyük töhfə verəcək.

Azərbaycanın çar Rusiyasının tərkibinə qatılması, Xalq Cümhuriyyətimizin qurulması və süqutu prosesləri barədə müfəssəl məlumat verən məruzəçi cümhuriyyətimizin qəbul etdiyi demokratik qərarlar, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi məsələlərinə toxunub. Bildirib ki, ötən əsrin axırlarında dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin qarşılaşdığı çətinliklər, anarxiya və xaos ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində aradan qalxıb, müstəqilliyimiz qorunub və hazırda dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafdadır.

Məruzəçi vurğulayıb ki, Ümummilli Liderimiz doğma Vətənini böyük məhəbbətlə sevdiyi üçün “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsini söyləyəndə kövrək hisslər keçirib.

Professor Dilarə Seyidzadə diqqətə çatdırıb ki, müstəqilliyə aparan yol çox çətin olub. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev xalqın iradəsinə söykənərək müstəqilliyimizin qorunmasını təmin edib. Azərbaycan tarixin heç bir dövründə indiki qədər müstəqil və güclü olmayıb.

Məruzəçidən əvvəl Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzəffər Şəkər, Qazi Universitetinin rektoru İbrahim Uslan, Türkiyə Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun keçmiş rəhbəri Necdət Ünüvar, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və başqaları çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlət müstəqilliyimizin qorunmasındakı xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi inkişafdan, Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasətindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işinin müdafiəsi ilə bağlı çağırışlar edilib, həmçinin Türkiyəyə qarşı irəli sürülən saxta “erməni soyqırımı” iddiasına qarşı mübarizədə hamı, xüsusilə də tələbə gənclər və alimlər daha fəal olmağa səsləniblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında həyata vəsiqə qazanan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP xəttinin tarixi əhəmiyyət daşıyan təsir güclərindən danışılıb, perspektivdə olan layihələrdən söz açılıb. Əminliklə qeyd olunub ki, Azərbaycan və Türkiyənin birgə inkişafı dövlətlərimizin təhlükəsizliyinin qarantıdır.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün müdrik vəsiyyətləri hər bir azərbaycansevər və türkiyəsevər üçün örnəkdir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç çıxışından sonra “Qarabağ Azərbaycandır!” şüarı həkk olunan portreti səhnədə nümayiş etdirib. Səfirin Azərbaycana həmrəylik olaraq söylədiyi “Qarabağ Türkiyədir!” ifadəsi hərarətli alqışlarla qarşılanıb.

Salonda Azərbaycan-Türkiyə qardaşlığına, vətənimizin bölünməzliyinə, Qarabağa dair şüarlar səsləndirilib.

Professor Dilarə Seyidzadə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” elmi əsərini iştirakçılara hədiyyə edib.

Sonda iştirakçılar universitetdə Xocalı soyqırımını əks etdirən rəsm sərgisi ilə tanış olublar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 122

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...