CƏMİYYƏT
A- A A+

Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var

2019-10-22 09:45:08

.

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev çıxışında Ermənistanda faşizmin, nasizmin, terrorizmin qəhrəmanlaşdırılmasının artıq bir siyasi mədəniyyətə çevrildiyini deyib. Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir.

F.Şəfiyev müxtəlif universitetlərdə belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan böyük uğurlar qazandıqca, onu istəməyənlər, paxıllıq edənlər daha da azğınlaşır. Rektor vurğulayıb ki, ermənilər Soçidə “Valday” Diskussiya Klubunda aldığı zərbədən özünə gəlməmiş MDB dövlət başçılarının Aşqabaddakı görüşündə yeni zərbə aldılar. Ümumiyyətlə, bütün məsələlərdə naşı olan, küçə taktikasını seçmiş Paşinyan özünü tam gülünc vəziyyətə salır.

Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub. Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmirlər.

Njdenin bütün həyatı boyu türk millətinə qarşı vuruşduğunu deyən Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı bildirib ki, Qaregin 1912-1913-cü illərdə Birinci Dünya müharibəsində Osmanlıya qarşı döyüşüb. Müharibədən sonra daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Bununla yanaşı, o, Ermənistanda ordu quruculuğu məsələləri ilə də məşğul olub. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhali qətlə yetirilir və öz evlərindən qovulur. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında da azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Onun dəstələri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə döyüşlərdə iştirak edir. Ermənilərin özlərinin yazdığı kitablarda da Njdenin hansı əməllər törətdiyi qeyd olunur.

Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin bəzi əməllərini şişirdərək onu qəhrəman kimi təqdim edirlər.

O.Kuznetsov əlavə edib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var. Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal gətirərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə edib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 202

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...