MƏDƏNİ
A- A A+

“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub

2019-10-21 09:00:56

.

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr edilən Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, türkoloq, alim və ədəbiyyatşünas Mırzatay Joldasbekovun “Qorqud ata” və “Böyük Çöl ədəbiyyatı” kitablarının təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə “Kitabi Dədə Qorqud” dastanın Drezden nüsxəsinin qazax dilinə tərcüməsinin təqdimatı da keçirilib.

Akademiyanın prezidenti Darxan Kıdırali qeyd edib ki, “Böyük Çöl ədəbiyyatı” kitabında müəllifin 50 illik elmi işinin nəticəsi olan əsərlər var. “Qorqud ata” kitabında isə geniş oxucu kütləsinə qazax dilində mətnlər, həmçinin, “Dədə Qorqud”un Drezden əlyazması əsasında hazırlanmış lüğəti təqdim olunur.

“Dədə Qorqud” indiyədək Türkiyə, Azərbaycan, Türkmənistanda geniş tədqiq edilidiyini deyən professor, dövlət xadimi Mirzatay Joldasbekov, Qazaxıstanda da bəzi tədqiqatçıların araşdırmalarının olunduğunu deyib. Amma çox da geniş tədqiq olunmadığını və “Dədə Qorqud”un Drezden nüsxəsi üzərində çalışdığını və ilk dəfə olaraq əhatəli şəkildə, orijinalını da saxlamaqla, lüğətlə birlikdə çap etdiyini bildirib.

TDƏŞ Ağsaqqallar Şurasinin üzvü, professor Adil Axmetov vurğulayıb ki, elə şəxsiyyətlər var onlar xalqları birləşdirirlər: “M.Joldasbekov da belə insanlardandır. Onun “Dədə Qorqud” kitabı yalnız Qazaxıstanın deyil, bütün türk dünyasının ortaq dəyəridir və türk dünyasını birləşdirir. Yeri gəlmişkən, mən Azərbaycan tərəfinə xüsusi təşəkkür etmək istəyirəm. Çünki Azərbaycanda Dədə Qorqud haqqında çox geniş tədqiqatlar aparılıb, kitablar nəşr edilib. Altaydan Qara dənizədək bütün türk xalqları “Dədə Qorqud”la qürur duyur.

Qeyd edək ki, “Kitabi Dədə Qorqud” ilk dəfədir ki, Qazaxıstanda belə əhatəli şəkildə, iri həcmdə və lüğətlə birlikdə çap olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 437

QHT və MEDİA

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

2020-07-13 17:20:39

QHT və MEDİA
Qarabağ həqiqətlərinin dünyada təbliği m...
Qarabağ həqiqətlərinin dünyada təbliği m...

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölg...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...