İQTİSADİ
A- A A+

“Davos Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha göstərir ki...”

2019-10-18 11:30:48

.

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. “Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub. Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir”, - deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir: “Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.

“Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair.

Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyllilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.

Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu, xalqımızın istedadını və mütərəqqi meyllərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir.

Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyl göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik".


Kateqoriya : İQTİSADİ Baxış sayı : 124

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...