MÜSAHİBƏ
A- A A+

Şahmar Hüseynov: “Elmi-tədqiqat işlərindən əldə olunan nəticələrin ishehsalatda tətbiqi effektli olacaq”

2019-10-17 20:45:10

.

Neft-qaz sənayesinin sürətli inkişafı, Azərbaycanın dünyanın əhəmiyyətli enerji layihələrinin əsas iştirakçısına çevrilməsi elmi-tədqiqat işlərinin daha da genişləndirilməsini zərurətə çevirmişdir. Neft-qaz və kimya elmləri sahəsində fundamental, aktual elmi-tədqiqatların aparılması, onların nəticələrinin sənayedə tətbiqi mühüm məsələdir. Elmi texniki inkişafın neft istismarına müsbət təsiri mühüm göstərici olaraq diqqəti cəlb edir. Müxtəlif ekspertlərin mülahizələrinə görə, artıq dərin maili qazma quyularının axtarışı, kəşfiyyatı və qazılmasının əsasları, dənizdə, quruda neft yataqlarından mürəkkəb şəraitdə neft, qaz çıxarılmasının və nəql edilməsinin metodları, nəzəri əsasları işlənmişdir. Həmçinin neft və qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin inkişafı istiqamətində mühüm göstəricilər vardır.

Neft, qaz daxil olmaqla bir çox təbii sərvətlər təbii ki, tükənəcək. Bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin etmək gücündədir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyadır.

Fact-info.az saytının suallarını “Azneft” İstehsalat Birliyi “Abşeronneft" NQÇİ-nin rəisi, texnika elmləri üzrə fəlsəfə doktoru Şahmar Hüseynov cavablandırır:

-Azərbaycanda neft istismarının tarixi qədim olmaqla bərabər, bu, sahədə ciddi elmi naliyyətlərdə var. Neft sahəsində elmi naliyyətlər- bu barədə fikirlərinizi bilmək istərdik?

-Ölkəmizin zəngin elmi potensialı elə bir bünövrə yaratmışdır ki, Azərbaycan bu gün ona əsaslanaraq dünya neft sahəsinə müvəffəqiyyətlə inteqrasiya olunur. Tədqiqat İnstitutlarında aparılan elmi işlər neftçıxarma proseslərinin dinamikasını, quruda, kontinental şelfdə dərin quyuların qazılmasının texnika və texnologiyasının işlənməsi kimi istiqamətləri əhatə edir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanda neft sənayesində böyük dönüş yaratdı. Mən deyərdim həmin vaxta qədər biz nefti çox primitiv üsullarla istehsal edirdik. Texnika, avadanlıqların böyük əksəriyyəti sovet dövründən qalma ,yeni dövrün tələblərinə cavab verməyən resurslar idi. Təbii ki, belə avadanlıqlarla nefti çıxarmaq böyük itkilərə səbəb olurdu. Nəhayət, “Əsrin müqaviləsi” imzalandıqdan sonra vəziyyət sürətlə dəyişməyə başladı. Neftdən gələn gəlirlər bir çox sahələrdə olduğu kimi, neft sahəsinində mükəmməl inkişafına səbəb oldu. Vaxtılə yeni tətbiq olunan texnologiyaları xarici mütəxəsislər idarə edirdi. Bu gün heç bir xarici mütəxəsissə ehtiyac olmadan bizim neftçilər ən yeni avadanlıqları tətbiq edərək çox səmərəli fəaliyyət göstərirlər. Yeni texnologiyaların tətbiqi ilə bərabər bu sahədə elmi naliyyətlərin tətbiqini də stimullaşdırır. Yeni texnologiyaların tətbiqi və mən deyərdim peşəkar kadrların yetişməsi öz müsbət nəticələrini verməkdədir. Əvvəllər sutkada 5-10 ton neft çıxardığımız quyulardan bu gün 20-30 ton neft çıxarılır. Bu da o yeniliklərin birbaşa nəticəsidir.

-Elmi nailiyyətlərin ishetsalatda tətbiqi prosesi sizi qane edirmi?

-Əvvəllər bu sahədə vəziyyət fərqli idi. Son dövrlər müsbətə doğru çox ciddi dəyişikliklər var. Bu gün elmi tədqiqat institutunun əməkdaşları istehsalatda çalışan işçilərlə görüşüb mütəmadi olaraq müzakirələr aparırlar. Ən mütərəqqi yeniliklərin tətbiqi istiqamətində çox mühüm naliyyətlər var. Hətta üzun müddət təcrübəsi olan sıravi neftçinin fikirləri də dinlənilərək, ona da üstünlük verilir. Neftçıxarmada əvvəllər mümkün olmayan məsələlər bu gün elmi araşdırmaların köməyi ilə istehsalatda tətbiq olunur və bunun çox müsbət nəticələri olur. Uzun müddət istismarda olan və bu gün istismarı çox çətin olan quyuların bərpasına yeni üsulların tətbiqi ilə başlanmışdır. Mən deyərdim çox müsbət nəticələr əldə olundu. Bu da onu göstərir ki, nəzəriyyə ilə praktika bir-birini tamamlayır.

-Mödern üsullarla fəaliyyətsiz quyuların yenidən bərpası mümkündürmü?

-Mənim qənaətimcə, fəaliyyətsiz quyuların tamamilə yeni üsullarla bərpası mümkün olacaq. Bu gün biz fəalyyətsiz quyuların xeyli hissəsini yenidən aktivləşdirmişik. Mən belə fikirləşirəm ki, ləğv olunmuş quyu fondunun da sayı azaldılacaq . Elə ləğv olunmuş quyular var onları istismara buraxmaq üçün daha çox çalışmaq lazımdır. Istehsalatda bəzi incəliklər var, onları nəzərə almaq lazımdır.

--Müasir avadanlıqların köməyi ilə neft istismarı zamanı ekoloji vəziyyətin tarazlığı necə qorunur?

-Sovet dönəmində, sonrakı dövrlərdə ekoloji vəziyyətin nəzərə alınmaması ciddi fəsadlar törədirdi. Bəzən neft istismar edilən ərazilər mazut gölməçələrini xatırladırdı. Bu gün isə vəziyyət kökündən dəyişib. Bizim neft mədənlərinin ərazisi tam yaşıllıqdır, gül-çiçəkdir. Mədən ərazisində vaxtilə yaşıllıq salmaq qeyri mümkün idi. Biz həmin torpaqları təmizləyərək 100 mindən artıq ağac əkmişik. Dəniz platformalarında qapalı yuma sistemlərini tətbiq etməklə lay sularının dənizə axıdılması haaalrının qarşısı tamamilə alınmışdır. Bütün bunlar ekoloji standartlara riayət olunduğunu bir daha təsdiqləyir.

-Neft-qazın gələcək istismarında sizin elmi baxışlarınız necədir?

Neft qaz istehsalı xalq təssərrüfatının elə bir sahəsidir ki , buraya diqqət və qayğı bir an belə ara verməməlidir. Belə ki, istismarda olan neft və qaz yatalarının işlənməsinin uğurla başa çatdırılması ilə parallel yeni yataqların axtarışını və kəşfiyyatını davam etdirmək çox vacib şərtlərdən biridir. Bu istiqamətdə işlər davam etdirilir. Hal-hazırda neft və qaz yatalarının ehtiyatları yenidən hesablanması, strukturlar haqqında geoloji məlumatlar dəqiqləşdirilir və neft – qaz ethtiyat artımı müəyyənləşdirilir. Ən müasir proqramlar əsasında yataqların 3D geoloji modeli qurulur və işlənmənin davam etdirilməsinin istiqamətləri müəyyənləşdirilir. Bu da öz növbəsində gələckdə minimum vəsait xərcləməklə maksimum neft çıxartmağ və yataqların işlənmə rejimlərinin müəyyənləşdirməyə imkan yaradacaq. Yeni platformaların tikintisi, onların müasir standartlara cavab verən qazma üçün qurğu və avadalıqlar ilə təmin edilməsi, məhsuldar layların içndə horizontal quyuların qazılması və yüksək texnalogiya ilə hazırlanmış hazır süzgəclərlə tamamlanması və s. bu kimi yeniliklər elmlə mədən praktikasının sıx əlaqəsindən və neft sənayesinin gələcək inkişafından xəbər verir. Biz neftçilər neft hasilatı üçün səmərəli sayılan yeni texnika və texnalogiyanının daim axtarışındayıq. Gündəlik müşahidələr, diskusiyalar, aparılan tədbirlər, əldə olunan nəticələrin analizi və praktiki nəzəri tədqiqatlar neft sənayesinin inkişafına qulluq etməlidir və edir də. Qətiyyətlə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bundan sonra da müstəqil Azərbaycanın güclənməsinə, respublkamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının daha da yüksəlməsinə böyük töhfələr verəcək.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 531

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...