2019-10-17 10:35:10 | MƏDƏNİYYƏT
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib

.

Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Nəsimi dühasından söz açıblar. İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerindən danışılıb. Bildirilib ki, İmadəddin Nəsimi dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurub.

Səfir Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini və bununla əlaqədar ölkə daxilində və xaricdə elmi, ədəbi və mədəniyyət tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağac əkiləcək. O, Nəsiminin Azərbaycan ədəbi mühitinin zənginləşməsində rolunu qeyd edərək, ideya və görüşlərinin dünya ədəbiyyatına təsirindən söz açıb. Mədəni müxtəlifliyə, humanist ideyaların təşviqinə töhfələrindən danışıb.

UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone Nəsimi yaradıcılığına toxunaraq onun humanist dəyərlərin inkişafına əhəmiyyətli təsir göstərməsindən söz açıb. Qeyd edilib ki, anım tədbirləri UNESKO-nun qarşılıqlı anlaşma, dözümlülük və sülh mədəniyyətinin təbliği missiyasına öz töhfəsini verəcək.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Nəsimi yaradıcılığından bəhs edib. Ölkəmizdə və onun hüdudlarından kənarda Nəsiminin həyat və yaradıcılığına dair elmi-tədqiqat işlərinin aparılmasından, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalından danışaraq 2017-ci ildə UNESKO-nun baş qərargahında Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə anım tədbirinin keçirilməsini xatırladıb.

Almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Nəsimi yaradıcılığının müxtəlif cəhətlərini diqqətə çatdıraraq, onun Qərb oxucusu üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Nəsimi yaradıcılığı ədəbi xəzinədir. Mixael Hess dərin fəlsəfi fikirləri Nəsiminin oxucuya sadə dillə çatdırdığını vurğulayıb, şairin təkcə dövrünün ziyalıları, mütəfəkkirləri tərəfindən deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda olduğunu söyləyib. Böyük şairin bir çox dərin mətləbləri metaforalarla qələmə aldığını qeyd edib.

Sonra Azərbaycan incəsənət nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri konsert-tamaşa nümayiş olunub. Xalq artisti, xanəndə Teyyub Aslanov və Əməkdar artist Sevda Ələkbərzadənin Nəsiminin şeir və qəzəllərini muğam və müasir musiqi janrında ifaları, eləcə də Dövlət Pantomim Teatrı aktyorlarının performansı alqışlarla qarşılanıb.

Baxış sayı : 470
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00 Ukraynalı deputat: Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır 2020-09-16 09:40:49 Ermənistanda azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib - Yaqub Mahmudov 2020-09-16 08:20:59 Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası 2020-09-16 07:25:28 Xarici media Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz məskunlaşdırma siyasətindən yazır 2020-09-16 07:20:56