SOSİAL
A- A A+

Kamran Bayramov: Ermənistan beynəlxalq hüquq normalarını ən kobud şəkildə pozan dövlətdir

2019-10-17 09:00:31

.

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin iştirak etdiyi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasının növbəti günündə İttifaqın Beynəlxalq Humanitar Hüququn Təşviqi üzrə Komitəsinin Cenevrə Konvensiyalarına həsr olunmuş açıq sessiyası keçirilib.

Tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşdığını, müvafiq Cenevrə Konvensiyalarına tərəfdar çıxdığını və müddəalarına ciddi şəkildə əməl etdiyini bildirib, beynəlxalq humanitar hüququn təşviq edilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərini və xidmətlərini xüsusilə qeyd edib.

Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq işğal siyasətini həyata keçirən Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərinə məhəl qoymadığını, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu beş ildən artıq əsirlikdə saxlamaqla və onlara işgəncələr verməklə beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb, tədbirdə iştirak edən Ermənistan nümayəndələrini qeyd edilən mülki şəxsləri əsirlikdən tezliklə azad etməyə çağırıb.

Assambleya çərçivəsində deputatımız, həmçinin Birləşmiş Millətlər Təşkilatının məsələləri üzrə Daimi Komitəsində “Beynəlxalq hüquqa BMT-nin Nizamnaməsi və qətnamələri əsasında əməl olunması” mövzusunda keçirilən panel müzakirələrində iştirak edib. Müzakirələrdə K.Bayramov BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin bəzən bir neçə gün ərzində yerinə yetirildiyini, bəzən isə, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin illərlə icra olunmadığını qeyd edib, bu təcrübənin beynəlxalq hüquq üçün xoşagəlməz presedent yaratdığını və gələcəkdə onun universal prinsiplərinin və beynəlxalq müqavilələrin müddəalarının pozulmasına yol açdığını bildirib.

Eyni zamanda, K.Bayramov, BMT-nin Təhlükəsizlik Şurasının sülhməramlı missiyalar yaratmaq, müvafiq sanksiyalar tətbiq etmək, gücün tətbiq edilməsinə icazə vermək hüququna malik olduğuna baxmayaraq onun dörd qətnaməsini 25 ildən artıq müddət ərzində yerinə yetirməyən Ermənistanın hələ də cəzasız qaldığını təəssüflə qeyd edib. Çıxışın sonunda deputatımız panel müzakirələrinin iştirakçılarına müraciət edərək təmsil etdikləri dövlətləri hüquq aliliyinə sadiq qalmağa, qoşulduqları beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirməyə çağırıb, BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmamasına görə dövlətlərin məsuliyyətinin gücləndirilməsini təklif edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 121

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...