QHT və MEDİA
A- A A+

Müstəqil dövlətin azad övladları

2019-10-16 16:20:39

.

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və ağsaqqalar şurasının sədri Ağarza Bayramov iştirak etmişdilər.

Tədbir ilk olaraq məktəb şagirdlərinin əl işlərindən ibarət sərginin açılışı ilə başladı. Sərgidə məktəbin şagirdləri Səfərova Aysunun, Dəmirov Ayxanın, Xanalıyev Sadiqin əl işləri və çəkdikləri şəkillər nümayiş etdirildi. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnurə Babaşova çıxış edərək bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdı.

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və ağsaqqalar şurasının sədri Ağarza Bayramov Azərbaycanın ikinci dəfə əldə etdiyi suverenliyin məhz Heydər Əliyevin qətiyyətli uzaqgörən siyasəti nəticəsində dönməz xarakter aldığını diqqətə çatdırmışlar. Çıxış edən natiqlər vurğulayıblar ki, 1995-ci ildən başlayaraq ölkədə iqtisadi inkişaf tədbirlərinin əsası qoyulmuş, bütün sahələrdə ardıcıl olaraq həyata keçirilən islahatlar, əhalinin maddi rifah halının yaxşılaşması, vətəndaşların təhlükəsizliyinə dövlət təminatı xalqın inamını bərpa etmişdir. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasətlə Azərbaycanı daha da qüdrətli ölkəyə çevirdi. İndi regionun aparıcı dövləti kimi Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Uğurlarının sayını günü-gündən artırır.

Çıxışlardan sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 506

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...