SOSİAL
A- A A+

Şuranın dəstəyi ilə elektron portallardan istifadə bacarıqlarının artırılması təlimi keçirilib

2019-10-15 11:45:50

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “İcmaların məktəblilər və valideyn komitələri vasitəsilə Açıq Hökumətin Təşviqi üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində Qusar rayonunun İmamqulukənd kəndində məktəblilər və valideyinlərə təlim keçirilib.

"Elektron portallardan istifadə bacarıqlarının artırılması ilə yerli icmalarda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və xidmət mədəniyyətinin yüksəldılməsi” mövzusunda təlimin məqsədi Açıq Hökumətin prinsipləri barədə valideyn komitələrinin və məktəblilərin məlumatlılığının artırılması, məktəblilər və valideyn komitələri vasitəsilə icmalarda Açıq Hökumətin təşviqinə dəstək vermək olub.

Layihə koordinatoru Fərrux Əsgərov giriş sözü ilə layihənin donoru, məqsədi barədə iştirakçılara məlumat verib. Təlimçi Nizami Musayev Elektron portaldan istifadə qaydaları ilə hədəf qrup üzvlərini ətraflı məlumatlandırıb və Elektron Dövlət Portalında qeydiyyatdan keçməyin qaydalarını geniş izah edib.

İştirakçı Müslüm Manatilov və Ramin Səfərov tədbirdə aktiv iştirak etdiklərinə və dəqiq elmlərə böyük maraqları olduğuna görə valideyn Marina Kazımova ilə birlikdə gələcəkdə könüllü olaraq kənd sakinlərinin Elektron Dövlət Portalı üzrə məlumatlandırılmasını öhdələrinə götürüblər. Layihənin eksperti Emin Əsgərov iştirakçıları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Xidmətlər Reyestri ilə məlumatlandırıb.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 142

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...