MƏDƏNİ
A- A A+

“Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

2019-10-15 08:45:15

.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı son vaxtlar Ermənistan rəhbərliyinin səsləndirdiyi sərsəm və cəfəng fikirlərə ciddi cavab idi. Bununla Ermənistan cəmiyyətinə mesaj verildi ki, işğalçı ölkə öz xülyasından əl çəkməlidir. Erməni vandalarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir.

Bu fikirlər “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam filialında keçirilən tədbirdə səsləndirilib.

Qurumun İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək Qarabağ xalçaçılığının tarixindən, Qarabağ xalçalarının yaşadılması və təbliği üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd olunub ki, Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yerli xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlərboyu formalaşmış ənənələr öz əksini tapıb. Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim türk damğaları vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda türk damğası olmasın.

Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı torpaqlarımızın 20 faizi işğal edilib, qədim abidələrimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər qarət edilib. Talan edilmiş milli sərvətlərimiz sırasında olan xalçalarımız saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.

Vidadi Muradov deyib ki, “Azərxalça”nın ilk filialının məhz Qarabağda – Füzuli rayonunun Horadiz şəhərində yaradılması heç də təsadüfi hal deyil. Bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Füzuli filialından sonra Səhmdar Cəmiyyətin Qarabağda daha 3 xalça emalatxanası – Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyətə başlayıb. “Azərxalça”nın Füzuli və Ağdam filiallarının açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ağdamdakı emalatxananın açılışında Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edib. Bu filiallarda çalışan 250-yə yaxın toxucu qədim Qarabağ xalçalarına yeni həyat verir.

Vurğulanıb ki, Prezident İlham Əliyev beynəlxalq tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Bu, Azərbaycanın qüdrətli dövlət olmasının, ölkə başçısının qətiyyətinin beynəlxalq platformada növbəti təsdiqi idi.

Vidadi Muradov bildirib ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Qarabağın tarixini, maddi-mənəvi mədəniyyətini, etnoqrafiyasını, həmçinin Qarabağ xalçaçılığını da əhatə edir.

Tədbirdə təcrübəli toxucu, vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan Gülrabə Hüseynova onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin son vaxtlar beynəlxalq tədbirlərdə səsləndirdiyi bəyanatlar torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamımızı daha da artırıb. Doğrudur, dövlətimiz məcburi köçkünlərin yaxşı yaşaması üçün hər şey edib. Bizim üçün Quzanlı qəsəbəsində belə müasir xalça fabriki yaradılıb. Ancaq bizim ən böyük arzumuz öz doğma torpaqlarımıza qayıtmaqdır. Əminik ki, Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Biz yenidən Şuşada, Ağdamda, Xocalıda xalça sexləri açacaq, bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik.

Sonda istehsalatla bağlı məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb, keyfiyyətli xalça istehsalının əhəmiyyəti vurğulanıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 154

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...