MƏDƏNİ
A- A A+

Şuşa Teatrı tamaşaçıların görüşünə gəlir

2019-10-14 07:30:15

.

Şuşa Teatrının kollektivi iki yeni tamaşa ilə tamaşaçıların görüşünə gəlir. Bunlardan biri uşaqlar üçün hazırlanmış Abdulla Şaiqin “Danışan gəlincik”, digəri isə Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasıdır.

“Danışan gəlincik” tamaşası oktyabrın 13–də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.

Rolları Zəhra Salayeva, Nigar Məmmədova, Günel İmanova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Hamlet Qənbərov, Emin Sevdiməliyev, Mətanət Eres, Sevinc Ağayeva, Mobil Qurbanov və Mir Qabil Əkbərov ifa edəcəklər.

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018–ci il tarixli Sərəncamına uyğun olaraq görkəmli dramaturqun “Solğun çiçəklər” pyesi də bərpa edilərək teatrın binasında oktyabrın 15–də ilk dəfə olaraq təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Respublikanın Əməkdar artisti Azad Məmmədovdur.

Rolları Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev ifa edəcəklər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 256

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...