QHT və MEDİA
A- A A+

Rusiyalı siyasi ekspert: "Azərbaycan Prezidenti, əslində, Njde barədə Rusiyanın mövqeyini dilə gətirdi"

2019-10-12 16:50:30

.

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir şəxsi fikir səsləndirməyib. Onun çıxışında Njde ilə bağlı faktlara istinad edilirdi. Maraqlısı o idi ki, İlham Əliyev çıxışında tarixi sənədlərə, həm də Rusiyanın tarixi sənədlərinə istinad edirdi. Bu sənədlər Rusiya Xarici İşlər Nazirliyinin "Postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması haqqında" məruzə sənədi və Müdafiə Nazirliyinin tərəfindən nəşr etdirilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” adlı ensiklopediyasıdır. Azərbaycan Prezidenti bu enskiplopediyadan sitatlar səsləndirir, bununla da Qaragin Njde barədə, əslində, Rusiyanın mövqeyini dilə gətirirdi".

Bunu APA-nın Moskva müxbirinə rusiyalı siyasi ekspert, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov deyib.

O, Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin bu cür bəyanatla çıxış edəcəyini gözləmədiyini söyləyib: "İlham Əliyevin çıxışından sonra Paşinyan vurnuxmağa başladı və rəsmi sənədlərə istinadla göstərilən faktları rəsmi Bakının mövqeyi kimi qiymətləndirməyə cəhd etdi. Ona görə də, onun çıxışı çox gülməli alındı. İlham Əliyevin çıxışına cavab verə bilməyən Paşinyan "Qafqaz əsiri" flmindən sitat gətirdi, guya Azərbaycanda Njdenin Hitlerdən daha çox faşist hesab edilməsi təsəvvürünü yaratmağa çalışdı. Baxmayaraq ki, postsovet məkanında heç bir yerdə Hitlerin abidəsi ucaldılmayıb, lakin Njdenin abidəsi var - özü də Ermənistanın paytaxtında. Paşinyan çıxışında özünə haqq qazandırmağa çalışırdı. Maraqlısı odur ki, o, bu çıxışı ilə özündən əvvəl hakimiyyətdə olan, hazırda isə mübarizə apardığı Sarkisyan və Koçaryanın siyasətini davam etdirdiyini sübut etmiş oldu. Baxmayaraq ki, bundan əvvəl çıxışlarında sözdə Köçəryan və Sarkisyanı tarixin arxa səhifələrinə atacağını bildirirdi. İndi isə görünür ki, Paşinyanın yürütdüyü siyasət, həm Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, həm də nasizimin qəhrəmanlaşdırılmasına münasibətdə Köçəryan və Sarkisyanın siyasətindən heç də fərqlənmir. Rusiya XİN-in məlum məruzəsində də nasizmin qəhrəmanlaşdırılmasının bütün məsuliyyəti məhz Ermənistanda Paşinyandan əvvəl hakimiyyətdə olanların üzərinə qoyulmuşdu. Bu, Paşinyan üçün, əslində, bir şans idi. Rusiya ona işarə verirdi ki, Yerevan nasizmi qəhrəmanlaşdırımaq siyasətindən əl çəkməlidir. Lakin indi aydın olur ki, Paşinyan Sarkisyanın tamhüquqlu varisidir. Bu, həm də onu göstərir ki, nasizmi qəhrəmanlaşdırmaq Ermənistanın dövlət siyasətidir. Baxmayaraq ki, bütün ölkələr, o cümlədən Rusiya rəsmi şəkildə Njdeni nasistlərin tərəfdaşı kimi tanıyır, Ermənistan Njdenin nasistlərin tərəfdaşı olmasının onun üçün heç bir əhəmiyyəti olmadığını, ermənilərin Njdeni milli qəhrəman hesab etdiyini bildirir".

A. Petrov Rusiyanın uzun müddətdir, tarixin, xüsusilə də İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasına qarşı fəaliyyət göstərdiyini qeyd edib: "Hətta Rusiyada bununla məşğul olan Hərbi Tarixi Cəmiyyət var. Bu qurum tarixin saxtalaşdırılması cəhdlərinə qarşı addımların atılması ilə bağlı müxtəlif tədbirlər keçirir. Postsovet məkanında nasizmin qəhrəmanlaşdırıldığı ölkələrdən biri məhz Ermənistandır. Orada faşist Qaragin Njdeyə abidə ucaldılıb. Özü də təkcə abidə deyil, onun Ermənistanda həm də büstü, adına meydan və prospekt var. Ermənistan bütün bunlara baxmayaraq, nasizmin qəhrəmanlaşdırılması və tarixin saxtalaşdırımasına qarşı MDB ölkələri ilə birlikdə sənədlər imzalayıb. Bu sənədlərdə tarixin saxtalaşdırılması və nasizmin qəhrəmanlaşdırılması mühakimə olunur. Lakin bu sənədləri imzalamasına baxmayaraq, hələ də Njdenin abidəsini demontaj etməyib. Belə çıxır ki, hüquqi cəhətdən Ermənistan bu sənədləri imzalamaqla, həm də öz əməlini mühakimə etmiş olur. Aşqabadda keçirilən MDB ölkələrinin dövlət başçılarının sammitində Azərbaycan Prezident İlham Əliyevin dilindən Ermənistanda nasizmin qəhrəmanlaşdırımasının dövlət siyasəti olduğu bir daha təsdiqini tapmış oldu".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 253

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...