SOSİAL
A- A A+

Rauf Zeyni: “Əslində, erməni ictimaiyyəti düzü söyləməyə cəsarət tapıb”

2019-10-12 09:40:37

.

Ermənistanın daxilində Prezident İlham Əliyevin “Valday”dakı çıxışına müsbət reaksiyalar verildiyi haqda məlumat vermişdik. Artıq İlham Əliyevin çıxışına bəslənən rəğbət fərqli sahələri əhatə etməyə başlayıb.

İlk belə reaksiya erməni saytlarından biri tərəfindən verildi. Anjela Tovmasyan sahibi olduğu Hayeli.am (“Güzgü”) saytında “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” başlıqlı məqalə dərc edib. Bu məqaləyə görə bir qrup Paşinyan tərəfdarı Anjela Tovmasyanı “anti-Qarabağ” mövqeyində ittiham edərək qəzetin redaksiyasına hücum təşkil edib. Onlar “Güzgü” mətbuat klubunun qapılarına yumurta atıb, plakatlar yapışdırıblar və bu media qurumunun bağlanmasını tələb ediblər.

Artıq Ermənistanın elmi cameəsindən də analoji bir mövqe ifadə olunub. Matenadaran İnstitutunun elmi işçisi Qayane Ayvazyan deyib: “Mən yüksək tribunalardan “Ararat bizim dağdır, bizim dağdır, bizim dağdır” ruhunda xarici siyasət nəğmələri eşitmək istəmirəm”. Ayvazyan erməni KİV-nə açıqlamasında Ermənistan mediasının və məmurlarının İlham Əliyevin bəyanatına olan yanaşmalarını belə şərh edib: “İlham Əliyev Paşinyanın irəli sürdüyü iki zidd fikrə cavab verdi: a) Qarabağ Ermənistandır və nöqtə; b) Məsələnin həlli Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Erməni mediası çıxışın məhz “Qarabağ Azərbaycandır və nida!” hissəsini yaymaqla, ehtirasları qızışdırır. Erməni məmurları bunu şişirdirlər. Amma özün hansı dildə danışırsansa, o dildə cavab almağın da tamamilə təbiidir. İlham Əliyev Paşinyana çox ağıllı irad tutaraq bildirib ki, Dağlıq Qarabağ xalqı yoxdur, Dağlıq Qarabağın bərabər hüquqlara malik azərbaycanlılar və ermənilərdən ibarət əhalisi var. Bu, çox savadlı formuldur, mən erməni tərəfin buna cavabını eşitmək istəyərdim”.

Ermənistanın daxilindən qaynaqlanan bu reaksiyaları necə dəyərləndirmək olar?

“Bu həqiqətləri əvvəl də dilə gətirə bilərdilər, sadəcə, qorxu xofunu indi sındırıblar”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bunun obyektiv səbəbləri var: “Birinci növbədə, ölkə başçısı, həmişə olduğu kimi, “Valday” klubunda da ciddi, konseptual çıxışı ilə yadda qaldı. Ölkə başçısının çıxışı milli, bəşəri, praqmatik yanaşma üzərində qurulmuşdu. Paşinyanla İlham Əliyevin, ümumiyyətlə, müqayisə olunmasını qüsurlu sayıram. Çünki onlar arasında fərq çox böyükdür. İlham Əliyev dərin siyasi məktəb və təcrübə keçmiş dövlət xadimidir. Paşinyan isə hakimiyyətə küçədən gəlib. Məhz bu amillər onların davranışı, hadisələrə yanaşmasında özünü göstərmiş olur. Beynəlxalq arenada da onların nüfuzu arasında kəskin fərq var. Həm intellekti, həm də dünyadakı proseslərdə oynadığı rola görə İlham Əliyev Paşinyanı çox arxada qoyur. “Valday” klubunda ölkə Prezidentinin səsləndirdiyi nida bəyanatı, əlbəttə, Ermənistanı narahat etməlidir. Ermənistanın savadlı kontingenti iki ölkə başçısının nə danışdığı ilə bağlı müqayisəni apara bilir. Artıq bundan çıxan nəticəni də dilə gətirə bilirlər. Bundan qorxmamaq Ermənistandakı rejimin dözülməzliyindən xəbər verir. Xüsusilə də aprel döyüşlərindən sonra onlar əmin olublar ki, Azərbaycan qarşısına qoyduğu istənilən məqsədə çata bilər. Həmin vaxt ermənilər çıxış edib deyirdilər ki, Qarabağ onların deyilsə, niyə övladları başqasının torpağında ölməlidir? Əslində, erməni ictimaiyyəti düzü söyləməyə cəsarət tapıb. Bu həqiqətləri əvvəl də dilə gətirə bilərdilər, sadəcə, qorxu xofunu indi sındırıblar. Hesab edirəm ki, get-gedə bu tendensiya artacaq. Ermənilər artıq bu zülmdən bezib”.


Kateqoriya : SOSİAL Baxış sayı : 274

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...