2019-10-12 09:10:34 | QHT VƏ MEDİA
Dini konfessiya rəhbərlərindən Gövhərağa məscidi bəyanatı

.

Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşada yerləşən Yuxarı Gövhərağa məscidi ilə bağlı birgə bəyanat yayıb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları – sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərinin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə -- 1883- cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağı tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini memarlıq abidəsinə qarşı məqsədyönlü terror həyata keçirilir.

İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Məscidin “təmir”dən sonra “açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq, özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinin daha bir bariz nümunəsidir. Təəsssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işgalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir.

Zəbt olunmuş Azərbaycan torpaqlarında məscid, qəbirstanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən erməni ekstremistləri indi saxta humanizm pərdəsi altında, bərpa adı ilə məscidin tarixi görkəmini dəyişdirərək, onun etnik mənsubiyyətini saxtalaşdırır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğul olurlar. Məscidin “təmir-bərpa” işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim olunacağı şübhəsizdir.

Biz, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri, Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını qətiyyətlə pisləyir, ermənilərin işğal altında saxladıqları ərazilərimizdə dini-mədəni abidələrimizə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirilən əməllərini beynəlxalq konvensiyalara meydan oxuyan yolverilməz qəsbkarlıq siyasəti kimi dəyərləndirir, buna heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribatı ilə erməni tərəfi, hər zamankı kimi, bu dəfə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən yayındığını və dini liderlər formatında imzaladığımız birgə bəyanatların ruhuna zidd riyakar əməllərindən əl çəkmədiyini nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti əzəli Azərbaycan torpağında tarixi-dini abidə olan Gövhərağa məscidinə və işğal altında olan bütün ərazilərimizdəki tarixi-dini abidələrə qarşı vandalizm aktlarına qarşı öz qətiyyətli münasibətini bildirməyə, «Silahlı münaqişə hallarında mədəni irsin mühafizəsinə dair» Haaqa Konvensiyasının (1954), YUNESKO-nun Ümumdünya Mədəniyyət və Təbiət irsinin qorunmasına dair Konvensiyasının (1972), Arxeoloği İrsin qorunmasına dair Avropa konvensiyasının (1992) müddəalarına istinadən bu kimi halları kəskin qınamağa, bir daha təkrarlanmaması ilə bağlı ciddi addımlar atmağa çağırırıq.

Şeyxülislam Allahşükür PAŞAZADƏ Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSANDR Bakı və Azərbaycan Arxiyepiskopu

Melih YEVDAYEV Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Robert MOBİLİ Azərbaycandakı Alban-udin xristian icmasının sədri".

Baxış sayı : 628
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42