SOSİAL
A- A A+

“Qarabağ Azərbaycandır!”

2019-10-11 15:35:22

10 oktyabr 2019-cu il tarixində Pirallahı Gənclər Mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı altında tədbir keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov və gənc fəallar iştirak etdilər.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında bildirdi ki, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inamı qat-qat artıb. Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır!” səsləndirməklə qeyd olunan dəyərin milli statusunu daha da yüksəltmiş oldu. Diqqətə çatdırıldı ki, “Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir.

Gözlərimizin önündə yeni bir hərəkat yaranır, “Qarabağ Azərbaycandır!” hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. Bu hərəkat əzəmətli bir selə bənzəyərək, bütün Azərbaycan xalqını əhatə edibdir. Hər yerdə, kəndlərdə, şəhərlərdə, idarə, müəssisə və təşkilatlarda böyüklü-kiçikli hamı “Qarabağ Azərbaycandır!” deyir. Eyni zamanda bildirildi ki, təxribat törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edənlərin xalqdan və onun ideyalarından nə qədər uzaq düşdüyü bu günlərdə daha qabarıq görünür. Sanki onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyil. Açığı belə bir mənzərəni görmək həm təəssüfləndirici, həm də utandırıcıdır. Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil. “Azərbaycan hökuməti tərəfindən “Milli Şura”ya piketin keçirilməsi ilə bağlı icazənin verilməsi ölkəmizdə insan hüquqlarına, sərbəst toplaşmaq azadlığına həssaslıqla yanaşıldığının göstəricisidir” - deyən H.Şikarov bildirdi ki, 90-cı illərin psixologiyası ilə yaşayan bu şəxslər müəyyən yollarla qanuna tabe olmayaraq küçədə polisə müqavimət göstərməyə, təhqiramiz ifadələr işlətməklə çaxnaşma yaratmaq, ictimai asayişi pozmaq istədilər.

YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov öz çıxışında bildirdi ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatı cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Bütün ictimaiyyət bu fikirləri qürurla dinləyib. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz prinsipial mövqeyini daim inamlı şəkildə müdafiə edəcək. Ölkə başçısının yürütdüyü həm daxili, həm də xarici siyasət çox müsbət bir istiqamətdə inkişaf edir və bu, dünya liderləri tərəfindən qəbul olunur.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 180

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...