QHT və MEDİA
A- A A+

Xarici telekanalda Ermənistanın təcavüzkar siyasəti pislənilib

2019-10-11 08:50:29

.

Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə də regional təşkilatlarda ərazi bütövlüyü və suverenlik məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV kanalında yayımlanan “Üz-üzə” verilişinə müsahibəsində söyləyib.

Səfir bildirib ki, bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in tanınmaması haqqında bəyanat verdi. Həmçinin rəsmi Bakı Krımda keçirilən “seçkilər”in legitimliyini tanımadı. Bütün bunlar onu göstərir ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Jurnalistin bəzən Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” münaqişə adlandırması nə dərəcədə düzgündür?" sualına cavabında A. Xudiyev vurğulayıb ki, əgər qoşunların təmas xəttində və sərhəddə azərbaycanlı əsgər və ya zabit, mülki şəxs öldürülürsə, bu necə “dondurulmuş” münaqişə ola bilər? “ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” adlandırılması ilə razılaşmıram. Bu günlərdə Azərbaycanın daha bir mülki vətəndaşı düşmən gülləsindən həlak oldu. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını dəfələrlə əməllərində sübut edib”, - deyə səfir bildirib. Ukrayna vətəndaşlarının bəzən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparılması məsələsinə də toxunan A. Xudiyev deyib: “Biz Ukrayna ilə siyasi məsləhətləşmələrdə həmişə bildiririk ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər həm ölkə qanunvericiliyinin pozulmasıdır, həm də insanların həyatı üçün təhlükəlidir. Xarici ölkə vətəndaşlarının nəzarətsiz zonalara aparılması olduqca təhlükəlidir. Ona görə də bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi rəsmi saytında vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməməyə dair daha bir bəyanatla çıxış edib”. Diplomat müsahibəsində, həmçinin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri, SOCAR-ın, Azərbaycan Ticarət Evinin bu ölkədəki fəaliyyəti barədə məlumat verib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 146

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...