SOSİAL
A- A A+

YAP İcra Katibliyində “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

2019-10-11 07:35:43

.

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Milli Məclisin deputatları, siyasi partiyaların nümayəndələri, QHT təmsilçiləri və ekspertlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi bəyanat gündəmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarıb. Bu bəyanat təkcə Azərbaycan cəmiyyətində deyil, daha geniş müstəvidə müzakirə olunur. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı, sadəcə olaraq, danışıqlar prosesində Azərbaycanın dəfələrlə səsləndirilmiş mövqeyinin bir daha təkrarlanması demək deyil. Bu bəyanatın daha böyük əhəmiyyəti olduğunu vurğulamaq lazımdır. Bu çıxış bir çox ünvanlara hədəflənmiş çıxış idi. Onun hədəflərindən biri Ermənistandır. Bununla Ermənistan cəmiyyətinə mesaj verildi ki, işğalçı ölkə öz xülyasından əl çəkməlidir. Mesajın ünvanlandığı hədəflərdən biri beynəlxalq təşkilatlardır. Çünki onlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərlərinə götürüblər. Prezident İlham Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi. Bu gün ölkəmizin hər yerində "Qarabağ Azərbaycandır" sədasını eşidirik. Bu, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atırıq. Yollarda Bakı Nəqliyyat Agentliyi ilə birlikdə bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib. “Qarabağ Azərbaycandır!” mesajı cəmiyyətin milli birliyini və vətəndaş həmrəyliyini təmin edən ən mühüm ideyalardan biridir. Bu baxımdan, "Qarabağ Azərbaycandır!" ideyası böyük bir hərəkata çevriləcək. Bu ideyanın ətrafında cəmiyyətimizin üzvlərinin fəal şəkildə birləşməsi bunu deməyə əsas verir.

Baş Nazirin müavini vurğulayıb ki, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesinin normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir.

Dəyirmi masada çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, deputat Bəxtiyar Əliyev, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, deputat Fəzail İbrahimli, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Elman Nəsirov, politoloq Mübariz Əhmədoğlu və digərləri Prezident İlham Əliyevin bəyanatının tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu baxımdan, "Qarabağ Azərbaycandır!" hərəkatının yaradılması sosial sifarişə çevrilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 109

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...