QHT və MEDİA
A- A A+

“Şərq tərəfdaşlığının gələcəyi” müzakirə olunacaq

2019-10-10 11:00:14

.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə Bakıda “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr təşkil edəcək.

Aİ-nin nümayəndəliyindən azvision.az-a verilən məlumata görə, oktyabrın 11-də baş tutacaq məsləhətləşmələrdə Avropa İttifaqını Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktorluğunun bölmə rəhbəri Vasilis Maraqosun rəhbərliyi ilə Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə nümayəndə heyəti təmsil edəcək.

Azərbaycan tərəfindən isə dövlət rəsmiləri, parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, düşüncə mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri müzakirələrə qatılacaq.

Bu məsləhətləşmələr cari ilin may ayında Brüsseldə Şərq Tərəfdaşlığının yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli konfransda start verilən, Aİ-nin üzv dövlətləri və tərəfdaş ölkələrdən olan geniş spektrli maraqlı tərəflərlə aparılan qeyri-rəsmi fikir mübadilələrinin tərkib hissəsidir. Bu, geniş ictimai müzakirə əsas maraqlı tərəflərinin öz fikirlərini səsləndirməsi və Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına töhfə verməsi üçün imkan yaradacaqdır.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramı Aİ, onun üzv dövlətləri və tərəfdaş ölkələr arasında əlaqələri gücləndirmək üçün 2009-cu ilin may ayında yaradılıb. Şərq Tərəfdaşlığı siyasi birliyin möhkəmləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün çərçivə yaradıb, həm tərəfdaş ölkələr, həm də Aİ-nin üzv dövlətlərinin vətəndaşları üçün geniş spektrli faydalı islahatların aparılmasına imkan verən strukturlu əməkdaşlıq mexanizmi təmin edib. “20 Nəticə” gündəliyinin və Assosiasiya Gündəliklərinin/Tərəfdaşlıq Prioritetlərinin icrası prioritet olaraq qalır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 136

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...