QHT və MEDİA
A- A A+

Yaponiya televiziyasında Azərbaycandan bəhs edən veriliş yayımlanıb

2019-10-09 09:40:56

.

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın uğurlarından və Sumqayıt şəhərinin 70 illik yubileyindən bəhs edən xüsusi veriliş yayımlanıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, cari ildə 70 illik yubileyi qeyd edilən Sumqayıt şəhəri haqqında yapon tamaşaçılara ətraflı məlumat veriblər.

Verilişdə müstəqilliyinin bərpasından sonra Azərbaycanın üzləşdiyi çətinliklərdən, o cümlədən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən bəhs olunub. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ölkə Prezidenti seçilməsindən sonra Azərbaycan dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atır. Ölkəmiz böyük beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib.

Azərbaycana səfərləri barədə ətraflı məlumat verən verilişin aparıcıları və qonaqlar xalqımızın yüksək qonaqpərvərliyi, zəngin və qədim mədəniyyətimiz, Bakının və regionların müasir inkişafı haqqında da danışıblar.

Verilişdə Azərbaycanın böyük sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıt şəhəri barədə də ətraflı məlumat verilib. Yaşayış məntəqəsi kimi qədim tarixə malik bu məkanın 1949-cu ildə şəhər statusu aldığı qeyd edilib. Bildirilib ki, sovet hakimiyyəti illərində mühüm sənaye mərkəzlərindən biri olan Sumqayıtda müstəqilliyin bərpasından sonra da böyük sənaye potensialı yaradılıb. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb.

Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində burada Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin digər mühüm obyektlər qurulub. Şəhərin iqtisadi infrastrukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, həmçinin yüngül sənaye sahələri qabaqcıl texnologiyalarla təchiz edilib.

Bildirilib ki, Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin inkişafında da mühüm uğurlara nail olub.

Yaponiyanın Aomori şəhəri ilə eyni en xətti üzərində yerləşən Sumqayıtın müasir turizm potensialına malik olduğu xüsusi vurğulanıb. Burada inşa edilmiş müasir otellər şəbəkəsi və yollar turist axınının ilbəil artmasına böyük təkan verib.

Veriliş boyunca Sumqayıtın nailiyyətlərini əks etdirən fotolar təqdim olunub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 425

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...