QHT və MEDİA
A- A A+

Brüsseldə dəyirmi masa: Bağlantı qovşağı - sülh, sabitlik və təhlükəsizliyin aparıcı qüvvəsi kimi

2019-10-09 09:00:14

Oktyabrın 8-də Brüsseldə fəaliyyət göstərən və əsasən Aİ məsələlərinin işıqlandırılması üzrə ixtisaslaşmış nüfuzlu “Euraktiv” portalının konfrans mərkəzində “Bağlantı qovşağı - sülh, sabitlik və təhlükəsizliyin aparıcı qüvvəsi kimi” mövzusunda dəyirmi masa keçirilib

Tədbirdə Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının təmsilçiləri, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Panelçilər qismində Avropa Komissiyasının Şərq Qonşuluğu və Təsisat Quruculuğu üzrə direktoru, Azərbaycan, Gürcüstan, Özbəkistan və Qazaxıstan səfirləri çıxış ediblər.

Səfir Fuad İsgəndərov ölkəmizin regionda, xüsusilə də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində əsas qovşaq kimi önəmli rol oynadığını qeyd edib, Azərbaycanın iştirakı ilə uğurla reallaşdırılan daşıma layihələri barədə ətraflı məlumat verib, Bakı-Tbilisi-Qars dəmir yolunun Çindən Avropaya həyata keçirilən daşımalarda ən qısa yol olduğunu və hazırkı daşıma müddətini yarıyadək azaltdığını diqqətə çatdırıb, Ələt Beynəlxalq Limanının beynəlxalq daşımaların həcminin artmasındakı rolundan danışıb. Regiondakı təhlükəsizlik məsələlərinə toxunan səfir həll olunmamış münaqişələrin və xüsusilə işğal vəziyyətinin bütövlükdə regionun inkişafına, eləcə də Aİ üzv ölkələrini onun qonşuları ilə əlaqələndirən vacib beynəlxalq bağlantı layihələrinin reallaşdırılması üçün təhdid yaratdığını vurğulayıb.

Çıxış edən digər panel iştirakçıları tərəfindən regionda həyata keçirilən nəqliyyat layihələrinin önəmindən bəhs edilib, belə layihələrin müasir dövrdə iştirakçı ölkələr arasında qarşılıqlı asılılığı və bağlılığı möhkəmləndirməklə beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verdiyi, reallaşdırılan enerji dəhlizi layihələrinin regiona daha artıq investisiya qoyuluşunu təşviq etdiyi, Aİ ölkələrinin enerji resursları çatışmazlığı probleminın həllinə yardım etdiyi, eləcə də regionda münaqişələrin həllinə töhfə verə biləcəyi, Şərq-Qərb dəhlizinin Asiyadan Qərbə həyata keçirilən daşımaların müddətini azaldan tranzit koridoru təşkil etdiyi kimi məqamlara toxunulub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 282

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...