SOSİAL
A- A A+

“Qarabağ” Assosiasiyası “Qarabağ”-“Düdelanj” oyununda törədilmiş təxribatla bağlı Lüksemburq polisinə məktub ünvanlayıb

2019-10-08 10:45:37

.

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Düdelanj” oyununda bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayıb və bunu idmanda qəbulolunmaz siyasi akt kimi qiymətləndirib.

“Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatasının təşkilatçılığı ilə erməni təxribatına etiraz olaraq bu ölkədə yaşayan azərbaycanlılar adından Lüksemburq polisinə məktub ünvanlanıb. Polisə ünvanlanan məktub 30-dan çox soydaşımız tərəfindən imzalanıb.

Məktubun bir nüsxəsi Lüksemburqun Baş Nazirinə də göndərilib. Məktubda bu təxribatın siyasi akt olduğu və Lüksemburqun imicinə zərər vurduğu bildirilib.

Soydaşlarımız terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının belə çirkin əməllərini digər sahələrdə olduğu kimi, idman sahəsində də nümayiş etdirdiklərini bildiriblər. Erməni təxribatçılarının bu hərəkətlərinin qəbuledilməz olduğunu diqqətə çatdıraraq, belə halların gələcəkdə qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, erməni təxribatından sonra Lüksemburqun İdman naziri Dan Kersch baş verən hadisəyə görə lüksemburqlular adından üzr istəyib.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 177

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...