CƏMİYYƏT
A- A A+

Millət vəkili Özbəkistanda Azərbaycan həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib

2019-10-07 10:15:36

.

Özbəkistanın ən böyük vilayəti Fərqanə vilayətində Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Fərqanə vilayəti, Margilan şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbirdə giriş sözü ilə Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikova açaraq iki xalq arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə görülən işlərdən söhbət açıb. Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar aşdığını söyləyib və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Fərqanə vilayətinə, Margilan şəhərinə səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Margilanda, Fərqanədə təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə millət vəkili Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.

Millət vəkili Q. Paşayeva tədbirdə Azərbaycan həqiqətləri, Azərbaycan-Özbəkistan münasibətləri və Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirən Q.Paşayeva Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışmış, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub.

Millət vəkili qeyd edib ki, Margilan şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir. O, Özbəkistanda özbək dilində kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir və gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik deyib.

Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Tədbirdə çıxış edən Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından danışıb və bu əməkdaşlığın daha geniş inkişafı üçün bütün istiqamətlərdə böyük imkanlar olduğunu deyib. Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov və Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikova millət vəkili Q.Paşayeva Fərqanəyə, Margilana səfəri, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı üçün fəaliyyətinə görə təşəkkürünü bildiriblər və Özbəkistan tarixinə aid materialları, təşəkkürnaməni ona təqdim ediblər. Millət vəkili Qənirə Paşayeva da Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov və Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikovaya Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələri təqdim edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əlaqələrdən danışıb, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib. Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Özbəkistanın tanınmış şair, yazar, alimləri çıxış edərək hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləmiş, regionlar arasında əməkdaşlığa dair potensialın daha böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu söyləyiblər.

Tədbirdə bədii proqramda Margilan gəncləri iki ölkə dostluğuna, millət vəkili Qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilmiş, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə Abdurazakova və Erkin Adilov hazırladığı musiqilər təqdim olunmuş, millət vəkili Qənirə Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar ifa etmişlər. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Fərqanə, Margilan rəhbərliyi ilə görüşüb, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi təklifi ilə çıxış edib. Onun təklifi bölgə rəsmiləri tərəfindən müsbət qarşılanıb, dəstəklənib və bu istiqamətdə dafa fəal çalışmaların aparılacağı vurğulanıb. Millət vəkili Q.Paşayeva eyni zamanda Fərqanə vilayətinin, Margilan şəhərinin fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Margilan şəhərindəki Yaradıcılar parkında olub, Xalq şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül-çiçək dəstələri qoyub. Azərbaycandan gələn qonaqlar parkdakı “Erkin Vahidov” muzeyi, sonra Erkin Vahidov adına Yaradıcılıq məktəbi ilə tanış olublar. Məlumat verilib ki, məktəbdə yaradıcılıq qabiliyyəti olan uşaqlar 5-ci sinifdən 11-ci sinfədək təhsil alır və Məktəbdə müasir inovasiyalar, maraqlı tədris üsulları tədbiq edilir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 472

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...