QHT və MEDİA
A- A A+

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqalə dərc etdirən jurnalist təqib olunur

2019-10-07 09:10:31

.

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqaləni dərc etdirən “Aeli” (“Ayna”) saytının baş redaktoru Anjela Tovmasyanın ofisinə basqın olub.

Bu yaxınlarda baş nazir Nikol Paşinyanın tərəfdarlarının parlamentdə istefasına səs verdikləri Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın jurnalist bacısı Anjela Tovmasyan hökumətdən bu məqaləyə və qardaşının mövqeyinə görə təqiblərə son qoyulmasını tələb edib. O əlavə edib ki, baş nazirin tərəfdarlarının onu “Qarabağ əleyhinə” fəaliyyətdə ittiham etmələri də gülüncdür. Jurnalist qadının ofisinə basqın edənlər məqaləni dərc etmiş Hayeli.am qəzetinin də bağlanılmasını tələb ediblər.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, “Aeli” (“Ayna”) saytının baş redaktoru və eyniadlı mətbuat klubunun rəhbəri olan Anjela Tovmasyan jurnalistlərə özünün Yerevanın mərkəzindəki ofisinə basqın təşkil edildiyini və bu insidentin onu və qardaşını qorxutmaq məqsədi daşıdığını bildirib. O qeyd edib ki, hakimiyyətin öyrətdiyi dörd nəfər binanın şüşələrinə yumurta atıb və divarlara plakatlar yapışdırıblar. Bu iyrənc hərəkətləri həmin binada yerləşən “Qraparak” qəzetinin müxbiri videoya çəkib.

Jurnalist qadın deyib ki, ofisə basqın edilməsi onun jurnalist fəaliyyəti və qardaşının hakimiyyətin qanunsuz qərarlarına etiraz etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, Paşinyanın tərəfdarları bir neçə dəfə onun ailəsinə və özünə xəbərdarlıq mesajları göndəriblər. A.Tovmasyan insidenti törədənlərin cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Paşinyanın “Mənim addımım” parlament fraksiyası Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə səsvermə keçirib və qərarı təsdiq edilməsi üçün məhkəməni üzvlərinə göndərib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 121

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...