SOSİAL
A- A A+

“Euronews” telekanalı Nəsimi festivalı haqqında reportaj yayımlayıb

2019-10-06 08:10:47

“Euronews” telekanalı II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj yayımlayıb.

Reportajda Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədini daşıyan festivalın Azərbaycanda ikinci dəfədir təşkil olunduğu bildirilir. Vurğulanır ki, genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir: sənətçilər, filosoflar, musiqiçilər və müxtəlif ölkələrin qiraətçiləri Bakıda bir araya gəlib.

Reportajda yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixael Hessinin fikirlərinə də yer ayrılıb. Qeyd olunur ki, Nəsiminin mürəkkəb düşüncələri qısa və gözəl şəkildə çatdırmaq bacarığı gənc şairləri ilhamlandıra bilər.

Diqqətə çatdırılır ki, tədbirlərin bir hissəsi Nəsiminin vətənində - Şamaxıda baş tutub. Festival zamanı Bakıdakı İçərişəhərdə isə yerli sənətkarların konsertləri təşkil olunub. Müəllif Akademik Milli Dram Teatrında səhnəyə qoyulan qeyri-adi tamaşanın şahidi olduğunu da yazır.

Süjetdə Fransa, Çin və Almaniyadan olan musiqiçilərin də fikirləri yer alıb. Musiqi, poeziya və rəsm sənət adamlarını bir araya gətirir. Nəsimi festivalına olan maraq belə izah edilir.


Kateqoriya : SOSİAL Baxış sayı : 270

QHT və MEDİA

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...