QHT və MEDİA
A- A A+

Səməd Seyidov: Azərbaycan Prezidentinin bəyanatı işğalçı Ermənistan rəhbərliyinə yerində verilmiş tutarlı cavabdır

2019-10-05 08:45:38

.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən böyük coşqu ilə qarşılandı. Dövlətimizin başçısının cəsarətli çıxışı həm Avropa Şurası rəsmilərinin, həm də Şuraya üzv ölkələrin nümayəndələrinin marağına səbəb oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov deyib ki, Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış idi. Milli maraqlara əsaslanan bu bəyanat işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. “Qarabağ Azərbaycandır və nida” cavabı qarşı tərəfi kəsərli qılınc kimi kəsərək onların məkrli niyyət və planlarını puç etdi. Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır.

Milli Məclisin komitə sədri vurğulayıb ki, işğalçı Ermənistan və onun nümayəndələrinin məkrli planları heç bir nəticə verməyib və verməyəcək də. Paşinyan populist açıqlamaları ilə özünü yalnız dünya birliyinin gözündən salır. O, heç zaman dediklərinin arxasında durmayıb və bundan sonra da çətin ki, bunu bacara bilsin.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 443

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...