SOSİAL
A- A A+

Əlilliyi olan heç bir şəxs kənarda qalmasın...

2019-10-05 08:30:29

.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Depatamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə 3 günlük "Əlilliyi olan heç bir şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdə həssas qrupdan olan insanların sosial müdafiəsi daima proritet məsələlərdən biri olmaqla onların rifahının yaxşılaşdırılması əsas məqsəd kimi nəzərdə tutulub.

Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlər barədə ərtaflı məlumat verən nazir bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələrinin mənzil, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olan şəxslərin, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobili ilə təminatı işləri davam etdirilir. Artıq bugünədək 6828 mənzil və 6521 minik avtomobil həmin kateqoriyadan olan şəxslərə təqdim edilib.

Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün də müvafiq tədbirlər həyata keçirildiyini deyən nazir cari ilin ötən dövründə Nazirlik tərəfindən 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub, 205 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib, özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslərin iştirakına üstünlük verilib. Belə ki, cari ilin 8 ayı üzrə proqrama cəlb olunanlar içərisində xüsusi kateqoriyadan olan şəxslər 2555 nəfər olub ki, onlardan da 993 nəfəri əlilliyi olan şəxslərdir.

S.Babayev qeyd edib ki, əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətləri ilə təmin olunması üçün Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin 8 ayı ərzində 5627 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Mərkəz tərəfindən əlilliyi olan şəxslər mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin edilir.

Tədbirdə BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Qulam İsaqzai və Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli çıxış ediblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 296

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...