QHT və MEDİA
A- A A+

YAP Pirallahı rayon təşkilatının toplantısı keçirilib

2019-10-04 13:10:43

.

04 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirildi. Müşavirədə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə Heyətinin üzvləri, ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak etdilər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışıb. Vurğulayıb ki, partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 26 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Daha sonra Hikmət Şikarov cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırdı. YAP Pirallahı rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirdi. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd etdi. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə üstünlük veriləcəyini vurğuladı.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi, sosial şəbəkələrlə işin əlaqələndiricisi Vüqar Nəsirov bildirdi ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Müxalifətin əsas məqsədi cəmiyyətdə qarışıqlıq yaratmaq, Azərbaycandakı sabitliyi pozmaqdır. Təbii ki, onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Biz partiya fəallarının üzərinə düşən vəzifə isə bu cür anti-milli ünsürlərlə sosial şəbəkələrdə mübarizə aparmaqdır. İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 163

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...