QHT və MEDİA
A- A A+

Osmanlı dövlətinin Azərbaycan xanlıqları ilə münasibətlərindən bəhs edən sərgi açılacaq

2019-10-04 10:25:56

.

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları münasibətləri” adlı sərgi təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə Osmanlı arxivlərində Azərbaycan xanlıqları arasında mövcud olan münasibətlərin, siyasi məktublaşmaların, səfirliklərə olunan hədiyyə təqdimatlarının yer aldığı rəsmi sənədləri ictimaiyyətə təqdim etmək məqsədilə açılacaq.

Əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz layiqli töhfəsini verəcək sərgidə Osmanlı dövləti və Azərbaycan xanlıqları arasında məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 29 rəsmi sənədin surəti təqdim ediləcək.

Sərgidə Azərbaycan xanlarına kömək etmələrinə dair Çıldır valisi Süleyman paşanın “24 aprel 1783-cü il tarixli əmri”, Tiflis xanı İrakliyə qarşı Dağıstan və Azərbaycan xanları ilə birləşərək mübarizə aparmaq haqqında Şamaxı xanının qardaşı Ağası xana Sultan I Əbdülhəmidin “1786-cı il tarixli fərmanı”, Sultan II Mahmudun Dağıstan hakimi Surxay xan, Quba xanı Şeyxəli xana, Şəki xanı Səlim xana və digər Azərbaycan xanlarına “13 mart 1813-cü il tarixli məktubları” kimi sənədlər yer alır.

Qeyd edək ki, sərgi oktyabrın 13-dək davam edəcək.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 311

QHT və MEDİA

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...